Vəkil Nərmin Şahmarzadəni həbs etdirmək istəyir

Nərmin Şahmarzadə: ”Bu barədə mənə hələ məlumat verilməyib”

Source:

Nərmin Şahmarzadə
Nərmin Şahmarzadə
Nərmin Şahmarzadə
Nərmin Şahmarzadə


Nərmin Şahmarzadə: ”Bu barədə mənə hələ məlumat verilməyib”

Vəkil Ramil Rüstəmov Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında paylaşım edən tələbə Nərmin Şahmarzadənin həbs edilməsini istəyir.

Vəkil bu barədə “Facebook”da məlumat paylaşıb.

O bildirib ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib, işə Xətai Rayon Məhkəməsində baxılacaq:

“Artıq şikayət icraata götürülüb. Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib”.

Vəkil tələbənin həbs edilməsini istəyir:

“Onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi tələbini qoymuşuq. Digər tələbimiz isə ondan ibarətdir ki, Azərbaycan xalqından üzr istəsin”.

Vəkilin sözlərinə görə, şikayətə onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

Nərmin Şahmarzadə Meydan TV-yə ona bu barədə hələ məlumat verilmədiyini deyib.

Nərmin Şahmarzadə vəkilinin olduğunu, ancaq ad çəkməyəcəyini deyib:

“Bu, mənə ad olan məsələdir”.

Nərmin Şahmarzadə paylaşımında Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini, eyni zamanda erməniləri düşmən saymadığını demişdi.

Ana səhifəXəbərlərVəkil Nərmin Şahmarzadəni həbs etdirmək istəyir