“Sirac K
ərimov Narkotiklərə Qarşı Mübarizə İdarəsində möhkəm döyülüb”
İyulun 30-da vəkili Nemət Kərimli Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan Sirac Kəsimovla görüşüb. Sirac Kərimov iyulun 23-də saxlanılan və bir gün sonra haqqında 3 ay həbs qətiimkan tədbiri seçilən Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini və Facebook fəalı Fərəc Kərimovun qardaşıdır .
Vəkil Meydan TV-yə Sirac Kərimovun durumunun hazırda normal olduğunu söyləsə də, onun Narkotiklərə Qarşı Mübarizə İdarəsində möhkəm döyüldüyünü deyib: “Bu barədə şikayəti artıq Baş prokurora təqdim etmişəm”.
O, iyulun 31-də Sirac Kərimovun hüquqlarının pozulması ilə bağlı Nərimanov Rayon Məhkəməsində iddiaya baxılacağını deyib.
Nemət Kərimov hələ Fərəc Kərimovla görüşə bilmədiyini deyib: “Görüş üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiqdən məktub almaq istədim, amma yerində yox idi. İstintaq İdarəsinin rəisi və rəis müavini isə məni qəbul etmədilər”.
Hər iki qardaşa Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb.