Saat 15.00-də Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdinovun sədrliyi ilə Murad Ədilov haqda 3 ay həbs-qətimkan tədbirinin seçilməsi qərarı çıxarılıb.
Avqustun 13-də vəkil Yalçın İmanov DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılan AXCP üzvü Murad Ədilovla görüşə bilməyib.
Məlumatı təqsirləndirilən Murad Ədilovun qardaşı Natiq Ədilov Facebook səhifəsində yazıb ki, səhər saat 9.30-da vəkil Yalçın İmanovla qardaşı
Muradın vekili Yalçın İmanovla idarədə olublar: “Yenə orderi qəbul etməyib görüş üçün icazə vermədilər. Səbəb kimi müstəntiq Hacı Əfəndiyevin yerində olmadığını dedilər. Yalandı, çünki avqustun 12-də dedikləri zamanda gəlmişik. İkinci, bizi qəbul edən şəxs cənab Əfəndiyevin yerində olduğunu desələr də, sonradan inkar etdilər”.
Natiq Ədilov vəkilin qardaşı ilə görüşə bilməməsinin səbəbini saxlanılarkən verilən işgəncə ilə əlaqələndirib: “İdarədə işgəncə izlərini itirmək və bu müddətdə ondan iradəsi əleyhinə ifadə almaq istəyirlər. Məsələylə bağlı 102, ombudsman və baş prokurorluğun “qaynar xətti”nə məlumat vermişik”.
O, Qırmızı Xaçda müraciətlərinin qeydə alındığını dedi.