Vəkil Murad Ədilovla görüşüb

AXCP üzvü ona yönələn ittihamları rədd edib

Source:


AXCP üzvü ona yönələn ittihamları rədd edib

Sentyabrın 13-də Kürdəxanı həbsxanasında saxlanan AXCP fəalı Murad Ədilov vəkili Yalçın İmanovla görüşüb. Vəkil Yalçın İmanovun Meydan TV-yə bildirdiyinə görə, Murad Ədilov özünü yaxşı hiss edir, mənəvi-siyasi durumu çox yüksəkdir. Saxlanma şəraitindən narazılığı yoxdu, kamera yoldaşları ilə mehriban keçinirlər. Gündəlik vaxtını əsasən qəzet, kitab mütaliəsiylə keçirir: “O, həbsini, eləcədə digər həbslərin real səbəbini tam aydınlığı ilə başa düşür, ona görə çox təmkinlidir. Seymur Həzinin həbsi ilə xüsusi maraqlandı, ona görə çox hiddətlidir”.

Vəkil bildirdi ki, Murad Ədilov ona qarşı irəli sürülən ittihamı tam rədd edir: “Murad cibinə narkotiki əllərini qandallayandan sonra polislərin qoyduğunu dedi. Daha sonra isə onu Sabirabad polisində bir saat döyüblər və həbsini qardaşına-Natiq Ədilova görə həyata keçirdiklərin deyiblər”.

Eyni zamanda, Murad Ədilovun qardaşı, jurnalist, ona sovqat aparan Natiq Ədilovun sözlərinə görə, ənənəvi olaraq ondan qısa məktub alıb.

“Məktubda mənim üçün sevindirici olan Muradın iki gündür siqareti atması barədə yazdığı oldu. Adətən türməyə, çətin bir duruma düşənlər təskinlik üçün siqaretə başlayır, Murad tərsini edib. Arzu edirəm ki, sonacan bunu bacarsın”,- deyə siyasi məhbusun qardaşı bildirib.

Ana səhifəXəbərlərVəkil Murad Ədilovla görüşüb