Vəkil: Mehman Hüseynov ona olan dəstəyin miqyasından duyğulandı

Şəhlə Hümbətova blogerin əvvəlki qaydada aclıq aksiyasını davam etdirdiyini deyir

Vəkil Şəhla Hümbətova yanvarın 18-də 2 il azadlıqdan məhrum edilən və haqqında yeni cinayət işi açılan bloger Mehman Hüseynovla görüşüb.

Mehman Hüseynov vəkili vasitəsilə onu dəstəkləyənlərə təşəkkürünü bildirib:

“Mehman məndən xahiş etdi ki, bütün onu dəstəkləyən insanlara - həbsdə və azadlıqda aclıq edənlərə, mitinqə gələnlərə, aksiyalarda həbs olunanlara, ümumiyyətlə, müxtəlif şəkildə dəstək ifadə edən hər bir kəsə təşəkkürünü çatdırım, çox minnətdardır və hətta dəstəyin miqyasından və formalarından duyğulandı”.

Vəkil Mehman Hüseynovun aclıq aksiyasını əvvəli qaydada davam etdirdiyini bildirib:

“Özü də həminki qaydada davam edir”.

Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir.

Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.

Yanvarın 19-da “Mehman Hüseynova azadlıq!” Şüarı ilə mitinq keçirilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xry9cg

Ən çox baxılan