Vəkil: Mehman Əliyev ailə üzvləri ilə görüşə bilmir

”Məsələni məhkəmədə mübahisələndirmək üçün departamentə müraciət etmişik”

Source:


”Məsələni məhkəmədə mübahisələndirmək üçün departamentə müraciət etmişik”

Sentyabrın 7-də vəkil Fariz Namazlı Bakı İstintaq Təcridxanasında “Turan” İA-nin direktoru Mehman Əliyevlə görüşüb.

Bu barədə Meydan TV-yə məlumat verən Fariz Namazlı Mehman Əliyevin əhval-ruhiyyəsinin yaxşı olduğunu, amma telefon danışıqlarına və görüş hüququna məhdudiyyət qoyulduğunu deyir.

Fariz Namazlı jurnalistə məhduddiyyətləri Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin direktor müavini Qürbət Mehrəliyevin qoyduğunu söyləyib:

“Qərarı hələ almamışıq, məsələni məhkəmədə mübahisələndirmək üçün departamentə müraciət etmişik. Mehman Əliyev iqtisadi cinayətkarlıqda təqsirləndirildiyindən belə məhdudiyyətin qoyulmasının heç bir hüquqi əsası yoxdur. İndiyə qədər hansısa iqtisadi cinayətkarlıqda təqsirləndirilən şəxsə ailə üzvlərilə görüşə məhdidiyyətin qoyulması ilə rastlaşmamışıq”.

Fariz Namazlı Mehman Əlieyvin 4 nəfərlik kamerada saxlanıldığını bildirib:

“O, evdən gətirilən kitablar oxuyur, hazırda psixoloji janrdadır. Qəzetlərə gəlincə, oxunaqlı mətbuat olmadığından buna ehtiyac görmür”.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. M.Əliyev ittihamları rədd edir.

Ana səhifəXəbərlərVəkil: Mehman Əliyev ailə üzvləri ilə görüşə bilmir