Vəkil: Məhkəmələrə çıxan, polislə daim əməkdaşlıq edən hal şahidləri var

”Şahidlər ifşa olunmasın deyə məhkəmələr qərarlarını, hökmlərini dərc etmirlər”

Source:


”Şahidlər ifşa olunmasın deyə məhkəmələr qərarlarını, hökmlərini dərc etmirlər”

Vəkil Elçin Sadıqov “Facebook”da gənc fəal Bayram Məmmədovun işində hal şahidliyi edən İntiqam Kərimov və Nizami Quliyevlə bağlı sənəd yayıb. Sənədə görə, bu şəxslər mütəmadi olaraq məhkəmələrə çıxıb, şahidlik ediblər.

Vəkil bildirir ki, Nizami Səlim oğlu Quliyev məhkəmədə onun və dövlət ittihamçısının sualına cavab olaraq heç bir işdə hal şahidi kimi çıxmadığını deyib. Ancaq sənədlər onun yalan ifadə verdiyini göstərir:

“Belə ki, 160050407 saylı A.İ.Qənbərov barəsindəki cinayət işi üzrə Nizami Səlim oğlu Quliyev polis Şirəli Babayevin rəhbərlik etdiyi əməliyyatda 28 iyul 2016-cı il tarixdə hal şahidi kimi iştirak edib. Hansı ki, Şirəli Babayev Bayram Məmmədovun da barəsindəki saxta cinayət işi üzrə əməliyyata rəhbərlik edib. Beləliklə hər iki cinayət işində əməliyyata rəhbərlik edən şəxslə hal şahidi eyni adamdır. Sadəcə təqsirləndirilən şəxslərin adı başqadır”.

foto sosial şəbəkə
foto sosial şəbəkə

Vəkil bildirir ki, Şirəli Babayev o şəxsdir ki, Bayram Məmmədov və Qiyas İbrahimovun barəsindəki saxta cinayət işləri üzrə əməliyyata faktiki olaraq rəhbərlik edib. Qiyas İbrahimovun işində sənədlər əməliyyatçı Pərviz Cəbrayılovun adına rəsmiləşdirilsə də, əməliyyatda Şirəli Babayevin də olması barədə şahidlər ifadə verib. Hətta əməliyyata rəsmi olaraq Pərviz Cəbrayılovun başçılıq etməsinə baxmayaraq, ekspert rəyində yazıb ki, ekspertizanı Şirəli Babayev təyin edib. Ş.Babayev əməliyyata rəhbərlik edən vaxtı polis mayoru olub və indi polis polkovnik-leytnantıdır. İbtidai istintaqda üzləşmə və məhkəmədə baxış zamanı məni hədələyib”.

foto sosial şəbəkə
foto sosial şəbəkə

Vəkil deyir ki, Bayram Məmmədovun işində iştirak edən digər hal şahidi İntiqam Asib oğlu Kərimov da 2014-cü ildə Əhmədov Turqay Tahir oğlu barəsində olan CM-nin 234.1-ci maddəsi ilə açılan cinayət işində hal şahidi olub və S.H.Nuriyevin 160050152 saylı cinayət işi üzrə 2016-cı ilin 23 martında hal şahidi olub”.

Vəkil qeyd edir ki, İnformasiya Əldə Etmək Azadlığı haqqında Azərbaycan Respublikası Qanununun 29.1.28-ci maddəsinə əsasən məhkəmə aktları, həmin Qanunun 37.1.17-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları açıq məlumatlardır və məhkəmələr mütləq bu məlumatları dərc etməlidir:

“Polislə əməkdaşlıq edən hal şahidlərinin adlarını gizlətmək onların daim polislə əməkdaşlıq etməsinə şərait yaradır. Buna görə də, məhkəmələr öz qərarlarını, hökmlərini dərc etmirlər”.

foto sosial şəbəkə
foto sosial şəbəkə

Ana səhifəXəbərlərVəkil: Məhkəmələrə çıxan, polislə daim əməkdaşlıq edən hal şahidləri var