Vəkil məhkəmə qərarını ala bilmir

”Buna görə də Avropa Məhkəməsinə müraciət etməmiz yubanır”

Source:


”Buna görə də Avropa Məhkəməsinə müraciət etməmiz yubanır”

“Bakı Apellyasiya Məhkəməsində həbs-qətimkan tədbirləri, ümumiyyətlə, məhkəmə nəzarəti qaydasında baxılan işlərlə bağlı məhkəmə qərarlarını əldə etmək vəkillər üçün böyük çətinliyə çevrilib”, – vəkil Cavad Cavadov “Facebook”da belə yazıb.

Vəkil bildirib ki, buna bariz nümunə kimi Natiq Cəfəlinin işini göstərmək olar:

“Natiq Cəfərli barəsində seçilən həbs-qətimkan tədbiri 17 avqustda Mirzəli Abbasovun sədrliyi ilə dəyişdirilmədən saxlanılıb. Həmin hakimin köməkçisi işə baxılandan təqribən 10 gün sonra qərarın mənim ünvanıma artıq göndərildiyini və işin Nəsimi rayon Məhkəməsinə qaytarıldığını bildirdi. Lakin iki aydır mən qərarı əldə edə bilmirəm və qərar ünvanıma gəlib çıxmayıb”.

Cavad Cavadov deyir ki, həmin qərar ona çatmadığına görə Nəsimi rayon Məhkəməsini (işə baxmış hakimi, məhkəmənin dəftərxana və arxivini) ələk-fələk elətdirib. Ancaq işi tapa bilməyib:

“Qərarı göndərməmisinizsə, səmimi deyin göndərməmişik və qərar hələ hazır deyil ( iş yükünün çox olmasını və obyektiv yubanmanı həmişə anlayışla qəbul edirəm). Buna da cəsarətiniz çatmır? Şükürlər olsun ki, Natiq Cəfərli artıq həbsdən çıxıb”.

Vəkil əlavə edir ki, oktyabrın 19-da məhkəmədən məktub alıb: “İçində 17 avqust 2016-cı il tarixli qərar və göndəriş var idi. Məktuba 18 avqust tarix qoyublar (guya bir gündən sonra qərarı hazır ediblər), halbuki, zərfin üzərində poçta təhvil vermə tarixi 13.10.2016-cı ildir. Bizi aldadmırsınız, cənablar, özünüzü aldadırsınız. İşlərə baxmağınız formaldırsa, heç olmaya formallıqla qəbul etdiyiniz qərarları vaxtında təqdim edin”.

Ana səhifəXəbərlərVəkil məhkəmə qərarını ala bilmir