İsmayıllı prosesində mübahisə yaranıb
Sentyabrın 3-də Şəki Apellyasiya Məhkəməsində İsmayıllı hadisələri üzrə proses davam edib.
Məhkəmədə şahid ifadələrinin alınması nəzərdə tutulsa da, hakim vəkil Nizami Abbasovun 4 şahidin dindirilməsi barədə vəsatətinin olmadığını deyib. Nizami Abbasov məhkəmə heyətinə etirazını bildirib, digər müttəhim və vəkillər onu dəstəkləyib.
Apellyasiya instansiyasında Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov və daha bir neçə nəfərin işindən verilən şikayətə baxılır. Şəki Ağır Cinayətlər Məhkəməsi 17 mart hökmü ilə Tofiq Yaqubluya 5 il, İlqar Məmmədova 7 il azadlıqdan məhrumetmə cəzası kəsib.
Ötən il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə 20 nəfər tutulub.
Proses sentyabrın 4-də davam edəcək.