“Əhval-ruhiyyəsi yüksəkdir, ona dəstək verənlərə təşəkkür edir”
Vəkil Cavad Cavadov Facebook səhifəsində Kürdəxanı Müvəqqəti Saxlanma Təcridxanasında iyulun 30-da həbs olunan hüquq müdafiəçisi Leyla Yunusla görüşdüyünü yazıb.
Vəkil bildirib ki, Leyla Yunusun səhhətində hələki problem yoxdur. Ona dəstək vərənlərə təşəkkürünü bildirdi: “Leyla xanımın əhval-ruhiyyəsi yüksəkdir”.
Hüquq müdafiəçisi CM-in bir neçə maddəsi ilə ittiham olunur: 274 (dövlətə xəyanət), 213 (vergi ödənişindən yayınma), 192 (qanunsuz sahibkarlıq), 320 (sənədlərin saxtalaşdırılması), 178.3.2 (böyük ölçüdə fırıldaqçılıq). Məhkəmə dünən onu 3 ay müddətinə həbs edib.