Vəkil İstintaq Təcridxanasında axtarışa məruz qalıb

“Bu axtarışın məqsədi vəkil sirrinə müdaxilə etmək idi”

Source:
Qiyas və Bayram
Qiyas və Bayram

“Bu axtarışın məqsədi vəkil sirrinə müdaxilə etmək idi”

“Bu gün Bakı İstintaq Təcridxanasında Qiyas İbrahimov və Bayram Məmmədovla görüşdüm. Görüşdən əvvəl və sonra yenə də Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən qanunsuz axtarışa məruz qaldım”.

Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz Facebook səhifəsundə yayıb. Onun sözlərinə gprı, bu, hər hansı qadağan olunmuş əşyanın üzərində olub-olmaması barədə axtarış deyildi: “Bu axtarışın məqsədi vəkil sirrinə müdaxilə etmək, müdafiə etdiyi şəxslə yazılı ünsiyyət saxlanmasının qarşısını almaq, vəkilin müdafiə etdiyi şəxslə görüşdə etdiyi qeydlərdəki məlumatları ələ keçirmək məqsədilə həyata keçirilir. Bildirirəm ki, bununla həmçinin Qiyas İbrahimovun və Bayram Məmmədovun müdafiə hüququ pozulur.

Hər ikisinin əhval-ruhiyyəsi yaxşı idi. Bildirdilər ki, artıq işgəncələrin ağrıları xeyli azalıb.

Bundan başqa, hər iki gənc Avropa Məhkəməsində hüquqlarını müdafiə etmək üçün mənə və vəkil Zibeydə Sadıqovaya etibarnamə verdilər.

Hər kəsə salam dedilər”.

Ana səhifəXəbərlərVəkil İstintaq Təcridxanasında axtarışa məruz qalıb