Vəkil həbsdəki redaktorla görüşüb

Elçin Sadıqov: “İstintaqın Fikrət Fərəməzoğluna qarşı heç bir sübutu yoxdur”

Source:
Fikrət Fərəməzoğlu, foto: meydan.tv
Fikrət Fərəməzoğlu, foto: meydan.tv
Fikrət Fərəməzoğlu, foto: meydan.tv
Fikrət Fərəməzoğlu

Elçin Sadıqov: “İstintaqın Fikrət Fərəməzoğluna qarşı heç bir sübutu yoxdur”

Avqustun 16-da vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan “jam.az” informasiya portalının baş redaktoru Fikrət Fərəməzoğlu ilə görüşüb.

Vəkil bildirib ki, F. Fərəməzoğlunun səhhəti və saxlanma şəraitindən şikayəti yoxdur.

E.Sadıqov həmçinin qeyd edib ki, redaktor barəsində açılan cinayət işi saxtadır: “İstintaqın Fikrət Fərəməzoğluna qarşı heç bir sübutu yoxdur. Özü də bildirir ki, ona qarşı uydurulmuş cinayət işi yazılarına görədir”.

2016-ci il iyulun 2-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Fərəməzoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham olunur.

Ana səhifəXəbərlərVəkil həbsdəki redaktorla görüşüb