13 yanvar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Məmmədovun şikayəti üzrə 22 may 2014-cü il tarixli qərarının icrası üçün Azərbaycan hökumətinə verdiyi müddətin son günü idi
ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədov hakimiyyətyönlü KİV-lərin onu İsmayıllı hadisələri ilə bağlı həbs edilmiş digər şəxs – Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu ilə üz-üzə qoymaq cəhdlərini pisləyib.
Yanvarın 13-də Ali Məhkəmə Yaqublunun şikayətinin “gec” daxil olması və hakimlərin şikayətlə tanış olmağı çatdırmaması bəhanəsi ilə hər iki müttəhimin kassasiya şikayətinə baxılmasını təxirə salıb.
Vəkil Fuad Ağayev yanvarın 13-də İlqar Məmmədova baş çəkib. O, hakimiyyətin nəzarəti altında olduğu KİV vasitəsilə iki müttəhim arasında gərginlik yaratmaq cəhdlərinin “çox ziyanlı və nəticəsiz fəaliyyəti” olduğunu ictimaiyyətə çatdırmağı xahiş edib.
Vəkil həmçinin bildirib ki, 13 yanvar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Məmmədovun şikayəti üzrə 22 may 2014-cü il tarixli qərarının icrası üçün Azərbaycan hökumətinə verdiyi müddətin son günü idi.
Oktyabrın 13-də AİHM-nin Böyük Palatası Azərbaycan hökumətinin apellyasiyasını təmin etməyib və Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM-nin qərarı 3 ay ərzində icra edilməlidir.