Vəkil Fikrət Fərəməzoğluya bəraət istədi

”Əldə olunan sübutlar işgəncə altında və qanunsuz yolla əldə edilib”

Source:


”Əldə olunan sübutlar işgəncə altında və qanunsuz yolla əldə edilib”

İyunun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməz oğlu) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F.Fərəməzoğlunun vəkili Elçin Sadıqov çıxış edib. O bildirib ki, ittihamlar əsassızdır:

“Fikrət həmin şəxslər haqqında yazı yazıb. Yazı yazdıqdan sonra kimdənsə pul istəməsi ağlabatan deyil. Həmin şəxslər yüngül formada desək, Fikrəti şərləyiblər. Fikrət istintaq zamanı işgəncəyə məruz qalıb. Əldə olunan sübutlar işgəncə altında və qanunsuz yolla əldə edilib. Bizim vəsatətlərimiz də təmin edilmədi. Xahiş edirəm bəraət hökmü  çıxarasınız”.

İclas iyunun 14-də davam edəcək.

Ötən iclas çıxış edən prokuror F. Fərəməzoğlunun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Məlumatda deyilir ki, aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərVəkil Fikrət Fərəməzoğluya bəraət istədi