O, Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilirdi
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət vermədə təqsirləndirilən vəkil Əliabbas Rüstəmovun məhkəməsi başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Əliabbas Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.
“Yasavul” MMC-nin direktoru, Vəkillər Kollegiyasının üzvü Əliabbas Rüstəmov bir nəfər Beyləqan sakinindən onun barəsində vergidən yayınma maddəsi ilə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində başlanmış cinayət işini bağlatdıracağını vəd verməklə 95 min manat almaqda ittiham olunub.
Əliabbas Rüstəmov Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.