Vəkil Əli Kərimlinin qaynı ilə görüşüb

Elnur Seyidov Fəxrəddin Meydiyevə ölümlə təhdid olunması haqda danışıb

Elnur Seyidov. Foto: Sosial şəbəkə
Elnur Seyidov
Elnur Seyidov
Elnur Seyidov
Elnur Seyidov


Elnur Seyidov Fəxrəddin Meydiyevə ölümlə təhdid olunması haqda danışıb

Avqustun 13-də vəkil Fəxrəddin Mehdiyev 13 saylı cəzaçəkmə müəssisəsində “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qaynı Elnur Seyidovla görüşüb.

“Azadlıq” qəzeti yazır ki, E.Seyidov ölümlə təhdid olunması barədə məsələni vəkilinə danışıb. O, həyatı ilə bağlı təhdidin detallarının hələlik mətbuata açıqlanmasını istəmədiyini deyib.

F.Mehdiyev zərurət yaranacağı halda mətbuata əlavə məlumat veriləcəyini bildirib.

Avqustun 12-də AXCP sədri Ə.Kərimli E.Seyidovun həbsxanada ölümlə təhdid olunduğunu açıqlayıb. Partiya sədri qaynının həyatına görə prezident İlham Əliyevin məsuliyyət daşıdığını bildirib.

E. Seyidova 2012-ci il martın 28-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2-ci (mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub.

E.Seyidov 2013-cü il oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2015-ci il yanvarın 19-da Ali Məhkəmə onun cəzasını 3 ay azaldaraq, 7 il 3 aya endirib.

.

Ana səhifəXəbərlərVəkil Əli Kərimlinin qaynı ilə görüşüb