Eldar Həsənov

Mənbə: arxiv

Başlıq: Eldar Həsənov

Vəkil: Eldar Həsənovun vəziyyəti pisləşib

“Avropa Məhkəməsi hökumət təmsilçisinin Eldar Həsənovla bağlı xahişini rədd edib”

“Ötən gecə Eldar Həsənovun vəziyyəti daha da kəskinləşib. Ağır dərmanların qəbulundan sonra onun durumu nisbətən stabilləşib”, - bunu Meydan TV-yə həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəkili Cavad Cavadov deyib.

Mayın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında Eldar Həsənovla görüşən vəkil bildirib ki, ötən gecə baş verənləri də müvəkkilindən öyrənib.

Müdafiəçi deyir ki, Eldar Həsənovun durumunun ağırlığını nəzərə alan Avropa Məhkəməsi hələ mayın 7-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun stasionar qaydada DTX-nın Tibb Hospitalına yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul edib: “Biz Avropa Məhkəməsinə bu müraciəti etməmişdən əvvəl bütün mümkün daxili hüquqi-müdafiə tədbirlərindən istifadə etdik, lakin müsbət heç nə olmadı.Təəssüf ki, Avropa Məhkəməsinin bu qərarı bizə məlum olmayan səbəbdən icra edilmir. Hətta Avropa Məhkəməsində höküməti təmsil edən Çingiz Əsgərov bu tədbirin ləğvini Avropa Məhkəməsindən xahiş edib. Lakin məhkəmə hökumətin bu xahişini rədd edib. Eldar Həsənovun səhhəti isə ağır olaraq qalır. Avropa Məhkəməsinin qərarını qoyuruq kənara. Bəs Konstitusiyamız, öz qanunlarımız? Bəs insanlıq, humanistlik? Bunlar da yoxdur? Prokurorluq tibbi müayinə ilə bağlı vəsatətlərimizi yenə də təmin etmədi”.

Vəkil hesab edir ki, Eldar Həsənovun səhhətinin ağırlığı, onun cərrahiyyə əməliyyatına ehtiyacı olduğu halda, buna şərait yaradılmamasından prezidentin məlumatı yoxdur: “Ümid edirəm ki, bu yazdıqlarımız ona mətbuat vasitəsi ilə çatdırılar”.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.

Eldar Həsənov Baş prokuror olduğu zaman onun birinci müavini İsa Nəcəfovla aralarındakı gərginlik haqda o dövrdə mətbuatda xeyli materiallar yayılmışdı. Tərəflərin hər ikisi müsahibə və açıqlamalarında aralarında problem olduğunu gizlətmirdi. İsa Nəcəfov hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Eldar Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İsa Nəcəfov olub-olmadığı isə məlum deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0lj46k

Ən çox baxılan