Vəkil Cavad Cavadovu Elçin Qasımovla görüşə buraxmayıblar

Vəkil güman edir ki, görüşə buraxılmaması onda Qasımova qarşı edilən işgəncə ehtimallarını artırır

Source:


Vəkil deyir ki, görüşə buraxılmaması onda Qasımova qarşı edilən işgəncə ehtimallarını artırır

Noyabrın 5-də “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin sədri Elçin Qasımovun həbsi dindarların narazılığı ilə qarşılanıb. Elə həmin günün axşamı Sabunçu Rayonu Baş Polis İdarəsi qarşısında çox sayda inanclı toplaşıb. İdarə qarşısında toplaşanlar MBH-nin idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımovun sərbəst buraxılmasını tələb edib. Bir müddət sonra isə polislə inanclı insanlar arasında qarşıdurma olub. Son məlumatlara görə, 20-yə yaxın dindar həbs edilib.

Vəkil Cavad Cavadov Elçin Qasımovla görüşmək istəsə də, Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyi icazə verməyib. Bu barədə vəkil Cavadov Facebook səhifəsində yazıb: “Sabunçu Rayon Polis İdarəsinə gəlmişəm, saxlanılan Qasımov Elçinlə görüşə buraxmırlar, baxmayaraq ki vəkil orderi var. İdarədən İşgəncə Əleyhinə Komitənin sədri Elçin Behbudov çıxdı, ona çata bilmədim”.

Vəkil deyib ki, görüşə buraxılmaması onda Qasımova qarşı edilən işgəncə ehtimallarını artırır.

Cavad Cavadov onu da qeyd edib ki, saxlanılanları Sabunçu Rayon Məhkəməsinə aparırlar.

Ana səhifəXəbərlərVəkil Cavad Cavadovu Elçin Qasımovla görüşə buraxmayıblar