Vəkil baş prokurora cavab verdi: Rasim Əliyevin qətlilə bağlı istintaqın tamamlanmasına hələ var…

Əsabəli Mustafayev: Kimin nə deməsindən asılı olmayaraq, ən yaxşı halda bu məsələ ay yarımdan tez məhkəmə baxışına çıxarıla bilməyəcək

Source:


Əsabəli Mustafayev: Kimin nə deməsindən asılı olmayaraq, ən yaxşı halda bu məsələ ay yarımdan tez məhkəmə baxışına çıxarıla bilməyəcək

Jurnalist Rasim Əliyevin qətlilə bağlı məsələnin tezliklə məhkəməyə göndəriləcəyi inandırıcı deyil. Bu sözləri “Turan İA”a vəkil Əsabəli Mustafayev deyib.

Vəkil bu günlərdə müstəntiqlə görüşdüyünü deyib. O bildirib ki, görüşün məqsədi avqustun 8-də R.Əliyevi döyən şəxslərin mobil telefon və pulqabısını götürməsilə bağlı vəsatətlərinə cavab almaq istəməsi olub. Vəkil artıq bu epizod üzrə oğurluq maddəsilə cinayət işi başlandığını nəzərə çatdırıb.

Onun sözlərinə görə, qətlin səbəblərilə bağlı hələ ekspertizanın nəticələri ortada yoxdur. Bundan əlavə, Ə.Mustafayev bir sıra prosedurların başa çatmadığını da qeyd edib.

“Ona görə də, kimin nə deməsindən asılı olmayaraq, ən yaxşı halda bu məsələ ay yarımdan tez məhkəmə baxışına çıxarıla bilməyəcək”, – deyə Ə.Mustafayev bildirib.

Baş prokuror Zakir Qaralov bu gün açqılama verərək, R.Əliyevin qətlilə bağlı məsələnin yekunlaşmaq üzrə olduğunu və yaxın günlərdə məhkəməyə göndəriləcəyini bildirib.

Ana səhifəXəbərlərVəkil baş prokurora cavab verdi: Rasim Əliyevin qətlilə bağlı istintaqın tamamlanmasına hələ var…