Vəkil bank hesabına qoyulan həbslə bağlı müraciət edib

“Qeyri – Hökumət Təşkilatlarına (QHT) qarşı 2014-cü ildə cinayət işi başlandıqda mənim də bank hesabıma həbs qoyulub”.

Source:


“Qeyri – Hökumət Təşkilatlarına (QHT) qarşı 2014-cü ildə cinayət işi başlandıqda mənim də bank hesabıma həbs qoyulub”.

Vəkil Elçin Sadıqov facebook səhifəsində belə yazıb. Bildirib ki, bank hesabına həbs Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə qoyulub:

“Mən o zaman vəkil olaraq IREX-in hüquqlarını müdafiə edirdim. Elə mənim hesabıma həbs qoyulmasına səbəb kimi də adını çəkdiyim qurumu müdafiə etməyim göstərilir. Xatırladaraq deyirəm ki, mənimlə yanaşı, Xalid Bağırovun da bank hesabına həbs qoyulub”.

E.Sadıqov deyir ki, bununla bağlı ötən iki ildə bir neçə şikayət, vəsatət versə də, onlar təmin edilməyib: “Sonuncu dəfə bu ilin iyulunda şikayət vermişəm, avqustda verilən cavab isə indi mənə çatıb. Yenə də mənim vəsatətim rədd edilib”.

E. Sadıqov deyir ki, idarə verdiyi cavabda tələbi yerinə yetirməməsinə səbəb kimi buna zərurətin aradan qalxmasını, QHT-lərlə bağlı cinayət işinin, hələ də, davam etməsini göstərib.

2014-cü ildə ölkədə fəaliyyət göstərən bir sıra yerli və xarici QHT-lərə cinayət işi açılıb. Bu ilin əvvəlində hakimiyyətə yaxın bəzi şəxslər bu cinayət işinin dayandırıldığını desələr də, sonradan bu məlumatlar özünü doğrultmadı. Sonradan bəlli oldu ki, yumşalma yalnız Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə daxil olan QHT-lərlə bağlıdır. Bəzi ekspertlər deyirdilər ki, bu ilin may ayında Azərbaycanın həmin qurumdan çıxarılmaq qorxusu var idi. Hökumət bəzi addımlarla bu prosesin qarşısını almaq istəyirdi.

Ancaq həmin prosesin qarşısını almaq mümkün olmadı. Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı Koalisiyasında iştirakı donduruldu. Bu haqda qərar Açıq Hökumət Tərəfdaşlığının İdarəetmə Komitəsinin mayın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən toplantısında qəbul edilib.

Ana səhifəXəbərlərVəkil bank hesabına qoyulan həbslə bağlı müraciət edib