Aftandil Məmmədov

Mənbə: meydan tv

Başlıq: Aftandil Məmmədov

Vəkil: Azərbaycanda Aftandil Məmmədova qarşı dələduzluq ittihamı ilə cinayət işi açılıb

Gürcüstan DİN: ''Aftandil Məmmədov Azərbaycan tərəfindən İnterpolun ''qırmızı xətti'' ilə axtarışa verilib''

Gürcüstanda mühacirətdə olan azərbaycanlı ictimai fəal Aftandil Məmmədov iyunun 17-də həbs edilərək Marneulidəki müvəqqəti saxlama kamerasına yerləşdirilib.

Bu barədə Meydan TV-yə faəlın həyat yoldaşı Günel Məmmədova məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı Tbilisidə “Quru körpü” adlanan ərazidə saxlanılaraq Marneuliyə aparılıb. Aftandil Məmmədovun saxlanılma səbəbi haqda ailəsinə heç bir məlumat verilməyib.

Fəalın hüquqlarını vəkil Arçil Çopikaşvili müdafiə edir. O, həm də Əfqan Muxtarlının hüquqlarının müdafiə edib. Çopikaşvilinin bildirdiyinə görə, Məmmədov Azərbaycan tərəfinin ittihamı ilə saxlanılıb: “Rəsmi ittihamda deyilir ki, o, Azərbaycanda olarkən qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olaraq insanları aldadıb, onların etibarından sui-istifadə edib. Buna görə də ona qarşı dələduzluq ittihamı ilə cinayət işi açılıb”.

Lakin Çopikaşvili bu ittihamlarla razılaşmadığını, fəalın fəaliyyəti ilə bağlı həbs edildiyini deyir. Vəkili Məmmədovla sabah görüşə biləcək.

“Məmmədovla görüşdükdən sonra bu haqda daha geniş məlumata sahib olacam” – deyə, o vurğulayıb.

Məsələ ilə bağlı işi araşdıran müstəntiq məlumat verməkdən imtina edib.

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Aftandil Məmmədov Azərbaycan tərəfindən İnterpolun “qırmızı xətti” ilə axtarışa verilib və dələduzluqda ittiham edildiyinə görə saxlanılıb. DİN Məmmədovun saxlanılma yeri kimi “Quru körpü” ərazisini yox, “Rustaveli” metrosunu göstərib.

Həmçinin məlumatda qeyd olunur ki, Məmmədov 2017-ci ildə Gürcüstanda sığınacaq almaq məqsədi ilə müraciət edib və müraciəti təmin olunmayıb. Hazırda, o, bu qərardan məhkəməyə şikayət edib. Şikayətə baxıldığı müddətdə isə o, Azərbaycana ekstradisiya edilə bilməz.

2017-ci ildən dissidentlərə qarşı təzyiqin artdığı bildirilir. Jurnalist Əfqan Muxtarlı həmin ilin mayında yaşadığı evin yaxınlığından “yoxa çıxmış”, səhərisi gün isə Azərbaycanda ona qarşı cinayət işi başlamışdı. Jurnalist oğurlanaraq Azərbaycana gətirildiyini, şərləndiyini deyirdi. Buna baxmayaraq, o, 6 il müddətinə azadlıqdan məhrum edildi.

2017-ci ildə Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva və jurnalist Tural Qurbanlı daimi izlənildiklərinə görə Gürcüstanı tərk ediblər. 2018-ci ilin əvvəlində ictiami fəal Daşqın Ağalarlı və ilin sonunda bloger Azər Kazımzadə eyni səbəbləri iddia edərək Gürcüstandan çıxıblar.

Gürcüstan hökuməti Əfqan Muxtarlı işi ilə bağlı iddiaları rədd edib və araşdırması üçün videosübutları təqdim etməyib. Beynəlxalq hüquq-müdafiə təşkilatları Gürcüstan hökumətinin bu məsələni imitasiya etdiyini iddia edirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pvsrcq

Ən çox baxılan