Vəkil: Azad Həsənov psixoloji təzyiqə məruz qalıb

Azad Həsənov

Azad Həsənov

“Müsavatçıya qarşı ittihamlar əsassızdır”

Oktyabrın 17-də vəkil Osman Kazımov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənov ilə görüşüb.

Bu barədə məlumat yayan vəkil deyir ki, Azad Həsənov psixoloji təzyiqə, hədə-qorxuya məruz qalıb:

“Azad Həsənova qarşı ittihamlar tamamilə əsassızdır. O, ağır vəziyyətdə olan atası ilə görüşmək üçün mühacirətdən Bakıya qayıdıb. Saxlanılan zaman öz evinin yaxınlığında olub. Ona 4-5 nəfər hücum edib və maşınla Bakı Baş Polis İdarəsinə aparıblar. Bunlardan sonra müsavatçını Xətaidəki təcridxanaya, oradan məhkəməyə aparıblar. Bununla bağlı apelyasiya şikayəti vermişik. Həmçinin Azad Həsənov təzyiqə, hədə-qorxuya məruz qalması ilə bağlı ərizə yazıb. Bu ərizə məhkəməyə və prokurorluğa təqdim ediləcək”.

Vəkil Osman Kazımov Azad Həsənovun mübarizə əhval-ruhiyyəsində olduğunu, onun ailə üzvlərinə və əqidə yoldaşlarına salam göndərdiyini bildirib.
Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib.

Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai Rayon Məhkəməsində Azad Həsənov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lhknac

Ən çox baxılan