Fuad Ağayev

Mənbə: Fuad Ağayevin şəxsi arxivindən

Başlıq: Fuad Ağayev

Vəkil axtarışa verilmə təhlükəsilə üzləşib

Fuad Ağayevə 1 ay gicikmə ilə məktub göndərilib

ReAl Partiyasının sədri İlqar Məmmədov həbsdə olarkən onun hüquqlarını müdafiə etmiş, məhkəmə hakimlərə etiraz etdiyinə görə cərimələnmiş vəkil Fuad Ağayev indi bu üzdən axtarışa verilmək təhlükəsilə üzləşib. Bu barədə Meydan TV-yə məlumat verən vəkil Fuad Ağayev bildirib ki, Xətai rayon İcra və Probasiya Şöbəsindən belə bir xəbərdarlıq məktubu alıb.

Vəkil deyir ki, hələ 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsində ReAl sədri İlqar Məmmədov, siyasi fəal Tofiq Yaqublu və bir sıra başqa şəxslərin işinə baxarkən məhkəmənin ədalətsiz, qərəzli keçirilməsinə görə Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər heyətinə etiraz verib: “Etiraz tam əsaslı idi. Rəşid Hüseynov obyektiv məhkəmə keçirmək əvəzinə tamamilə əsaslı etiraza görə mənim haqqımda 220 manatlıq cərimə qərarı çıxardı. Üstündən 7 il keçib. Həmin iş üzrə məhkum olunanlar azadlıqdadır. Hətta İlqar Məmmədova aid hissədə icraata bəraətverici əsaslarla xitam verilib. Rəşid Hüseynov özü ölüb. Ədliyyə Nazirlininin Xətai İcra və Probasiya şöbəsi isə məni təhdid edir. Yazıblar ki, 1 may 2021-ci ildə şəxsiyyəti təsdiq edən sənədlə şöbəyə yaxınlaşıb yaşayış yeri barədə məlumat verməsəm, haqqımda axtarış qərarı qəbul edilib, Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə göndəriləcək”.

Fuad Ağayevin sözlərinə görə, mayın 1-nə aid xəbərdarlığın 1 ay gecikmə ilə göndərilməsi də bu qurumun iş prinsipinin göstəricisidir.

“Hətta böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə hökmlərdə iki il keçəndən sonra onu icra etmək olmaz. İnzibati cərimə təyin ediləndən 5 il sonra tətbiq edilə bilməz. Heç olmasa, icra sənədlərini oxusunlar. Necə olur ki, inzibati orqanların, məsələn, Bakı şəhər İcra Hakimiyyəti, Maliyyə Nazirliyi ilə bağlı məhkəmə qərarları illərlə icra olunmur, vətəndaşlar süründürülür, bizimlə bağlı isə axtarış qərarı verilir”, - Fuad Ağayev bildirib.

Fuad Ağayev Azərbaycanda bir sıra ictimai-siyasi fəalların, o cümlədən AXCP sədri Əli Kərimli, bloger Mehman Hüseynov və başqalarının hüquqlarını müdafiə edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qcjp72

Ən çox baxılan