İlqar Məmmədov məhkəmə prosesinin uzadılmasına etiraz edib
Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsində 2013-cü il İsmayıllı olayları ilə bağlı məhkumların şikayətinə baxış davam edib.
Məhkəmə baxışında məhkumların ifadələri dinlənilib. Onlar ittihamları birməanlı rədd ediblər. İlqar Məmmədov hadisələrlə yaxından tanış olmaq üçün İsmayıllıya gəldiyini bildirib. O, deyib ki, bloqundakı yazılarla bağlı siyasi motivlərə görə təqib qalır.
T.Yaqublu isə “vaxt olacaq ki, siyasi məhbuslara uydurma ittihamlar irəli sürən hakimlərin özləri məhkəmə önündə cavab verəcəklər” bəyanatını səsləndirib.
Bundan sonra hakim növbəti məhkəməni sentyabrın 3-nə təyin edib. İ.Məmmədov hakimin bu addımını məhkəmə prosesini süni surətdə uzatmaq adlandırıb və Strasburq məhkəməsinə yeni şikayət göndərəcəyini bildirib.
Xatırladaq ki, Şəki məhkəməsi bu hadisələrlə bağlı 2013-cü ilin martında aralarında REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu da olmaqla 18 nəfəri iştişaların təşkialtçısı kimi məhkum edib.