“Vaxt gələcək, hakimiyyətdən iri qopmalar olacaq, o zaman…”
Ərəstun Oruclu: “Hakimiyyət onu tənqid edən müxalifətdən, mediadan, yaxud müstəqil QHT sektorundan daha sərt öz məmurlarını tənqid və təhqir edir”
Source:
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 5 İyun 2015 17:09
Ərəstun Oruclu: “Hakimiyyət onu tənqid edən müxalifətdən, mediadan, yaxud müstəqil QHT sektorundan daha sərt öz məmurlarını tənqid və təhqir edir”
Bu həftənin siyasi gündəmi İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin hazırkı rəhbəri, bundan əvvəl isə Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa İttifaqında təmsil etmiş Arif Məmmədovun Facebook səhifəsində yazdığı statuslar olub. Buna görə səfir hakimiyyətin təsir dairəsində olan media və YAP-çı deputat Siyavuş Novruzov tərəfindən sərt tənqid edilib.
Olayı Meydan TV-yə şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Arif Məmmədovun yanaşmasının arxasında müxtəlif səbəblərin dayana biləcəyini də istisna etmir: “Amma bu haqda informasiyam olmadığından ehtimallar qurmaq istəmirəm. Əsas məsələ odur ki, uzun illər Avropada diplomat statusunda çalışan və yaşayan bir insan Azərbaycanda baş verənləri görür və buna adekvat reaksiya verir. Bu mənada Arif Məmmədovun səmimiliyinə şübhə altına almağa heç bir əsasım yoxdur”.
Politoloq olayın başqa aspektinə diqqət çəkməyi məsləhət görür: “Hakimiyyət onu tənqid edən müxalifətdən, mediadan, yaxud müstəqil QHT sektorundan daha sərt öz məmurlarını tənqid və təhqir edir. Mən bir məqama diqqət yönəltmənizi istərdim, Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov əvvəl vəzifəsindən çıxarıldı, sonra həbs edildi. O zaman hakimiyyətə yaxın media Məmmədovun anasının erməni olmasını haray çəkdi, halbuki, o özü bunu təkzib etdi. Bu gün Arif Məmmədov barədə anoloji ittihamlar səslənir, elə deputat Siyavuş Novruzovun “bu adamın qanında erməni qanı var” açıqlamasını xatırlaya bilərik. Deyilənləri ciddi qəbul etsək, səslənən ittihamlardan sual yaranır ki, hakimiyyətin daha yüksək dövlət vəzifələrinə təyin etdiyi şəxslərin də erməni qohumluğu yoxdur ki? Yaxud gələcəkdə o sual çıxmayacaqmı ki, Azərbaycanı idarə edənlərin mütləq əksəriyyəti erməni imiş? Çox narahatedici suallardır. Bir daha qeyd etmək istəyirəm ki, mənim dövlət nəzarəti altında olan medianın səmimiliyinə şübhəm yoxdur və elə ona görə də çoxlu sual yaranır: Niyə dövlət başçısı yüksək dövlət vəzifələrinə erməni qohumluğu olanları təyin edirmiş? Ermənistanla müharibə vəziyyətində olan dövlətdə ermənilərlə qohumluğu olanların vəzifələrə gətirmələrinin motivi nə imiş? Hər halıda bu suallar əksəriyyətdə yaranır, ona görə də, məncə, ilk növbədə, onları önə çəkmək lazımdır. Çünki vaxt gələcək ki, hakimiyyətdən iri qopmalar olacaq, o zaman yenə də bu cür sürprizlərlə üzləşməyəcəyik ki? Yəni məlum olmayacaq ki, Azərbaycanda erməni nazirlər və yaxud ermənilərlə qohumluğu olan daha yüksək dövlət rəsmiləri varmış?”
Veb saytımız cookie-lərdən istifadə edir. Optimal performans üçün çərəzləri qəbul etməyinizi tövsiyə edirik.
Funksional
Always active
Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq ciddi şəkildə önəmlidir. Çünki, o abunəçinin və ya istifadəçinin açıq aşkar tələb etdiyi xüsusi xidmətdən istifadəsini qanuniləşdirir və ya sadəcə olaraq mesajın elektron kommunikasiya şəbəkəsi üzərindən ötürülməsini təmin edir.
Parametrlərə gedin
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistika
The technical storage or access that is used exclusively for statistical purposes.Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq yalnız anonim statistik məqsədlər üçün istifadə olunur. Yalnız bu məqsədlə saxlanılan və ya alınan məlumat, ümumiyyətlə, məhkəmə çağırışı vərəqi, internet xidməti təminatçısının könüllü razılığı və ya üçüncü tərəfin əlavə qeydiyyatı olmadan sizin kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilməz.
Marketinq
Oxşar marketinq məqsədləri üçün bir və ya bir neçə veb-saytda reklam yerləşdirmək və ya istifadəçini izləmək məqsədilə istifadəçi profilləri yaratmaq üçün texniki yaddaş və ya çatımlılıq tələb olunur.