Mükafat insan hüquqları uğrunda mübarizə aparanlara verilir
Azərbaycanın insan haqları fəalı Anar Məmmədli 2014-cü il üzrə Vatslav Havel İnsan Hüquqları Mükafatına layiq görülüb. Məlumatı Facebook səhifəsində jurnalist Xədicə İsmayıl paylaşıb.
Seçkilərin Monitoriqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Vatslav Havel İnsan Hüquqları Mükafatına 3 namizəddən biri idi.
Mükafatın məbləği 79 min ABŞ dollarıdır.
Vatslav Havel İnsan Hüquqları Mükafatı ikinci ildir verilir. Məqsəd insan hüquqlarını müdafiə fəaliyyətini qiymətləndirməkdir. Ötən il mükafat Belarusdan olan hüquq müdafiəçisi Ales Byalyatskiyə verilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli ötən il dekabrın 17-də həbs olunub. Baş Prokurorluq Anar Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.