Roma bişopluğu konfliktin iki dövlətli həll mövqeyini dəstəkləyir
Vatikan deyib ki, ABŞ İsrailin işğal etdiyi Qərbi Şəriyədə genişlənməni və yeni yaşayış məskənlərinin tikilməsini dəstəklədikdən sonra israillilər və fələstinlilər arasında sülh axtarışı təhlükəyə düşüb, – “Reuters” xəbər verir.
“İsrail-Fələstin sülh prosesinin və onsuz da kövrək regional sabitliyin pozulmasına səbəb ola biləcək son qərarlar kontekstində Roma bişopluğu konfliktin tam həllini tapmağın yeganə yolu olaraq iki dövlətli həll mövqeyini dəstəkləyir”,-Vatikan bəyanatında deyib.
Vatikan həmçinin İsrail dövlətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər daxilində sülh və əmin-amanlıq içində yaşamaq hüququnu dəstəklədiyini vurğulayıb və qeyd edib ki, eyni hüquq Fələstin xalqına da məxsusdur və bu hüquq tanınmalı və hörmət edilməlidir.