Vaşinqtonla Bakı arasında sərt danışıqlar gedir

Tomas Melia: “Azərbaycan hökumətinə açıq şəkildə demişik ki…”

Source:


Tomas Melia: “Azərbaycan hökumətinə açıq şəkildə demişik ki…”

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia Azərbaycan hakimiyyətinin xarici və yerli QHT-lərə qarşı apardığı repressiya siyasətini qəbuledilməz adlandırıb. Tomas Melia bildirib ki, son aylar ərzində apardığı repressiya siyasətinə görə Azərbaycan hakimiyyəti ilə Vaşinqton arasında sərt danışıqlar gedir.

Tomas Melia “Azadlıq” və “Amerikanın səsi” radiolarının birgə teleproqramında çıxış edərkən bildirib: “Azərbaycan hökumətinə açıq şəkildə demişik ki, ölkədə uzunmüddətli sabitliyin və inkişafın başlıca şərti vətəndaşların respublika həyatının ən müxtəlif sahələrində sərbəst fəaliyyət göstərməsidir. Biz hesab edirik ki, Azərbaycanın yaxşı gələcəyinin təmin olunması hakimiyyətin vətəndaşlara tolerant münasibətindən asılıdır”.

Ana səhifəXəbərlərVaşinqtonla Bakı arasında sərt danışıqlar gedir