Bu, insan haqlarının vəziyyəti ilə bağlı keçirilən üçüncü tədbirdir
“Freedom House”
və
Açıq Cəmiyyət Fondu (Open Society) Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 27-də Vaşinqtonda müzakirələr keçicərək.
“Freedom House”un məlumatında deyilir ki, müzakirələr yerli vaxtla saat 12:30-dan 14:00-dək (Bakıda gecəyarısı olacaq) keçiriləcək.
“Freedom House”un prezidenti David Kramer, Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə baş siyasi təhlilçisi Jeff Qoldştein, Avropada Sabitlik Təşəbbüsü təşkilatının sədri Gerald Knaus və Avropa və Avrasiya Bürosunun (E&E) administrator köməkçisi Paige Aleksandr Görüşün moderatorları olacaqlar.
Məlumatda xatırladılıb ki, son il ərzində Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, jurnalistlərə, hüquq müdafiəçilərinə həm xarici, həm də daxili QHT-lərə təzyiqləri təzyiqləri artırıb.
Bu, cari ildə Vaşinqtonda Azərbaycanla bağlı keçirilən üçüncü dinləmədir.