Dinləmələrdə Massaçusets Universitetinin professoru Odri Alştadt və ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melianın çıxışları gözlənilir
Yanvarın 12-də Vaşinqtonda Azərbaycanda vəziyyətə həsr olunmuş dinləmələr keçiriləcək. “Azərbaycanda müstəqil səslərin susdurulması” adlı müzakirələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunacaq.
Təşkilatın saytında yayılan məlumatda deyilir ki, Azərbaycanda bu vaxta qədər olmayan səviyyədə müxalif düşüncəli insanlara qarşı repressiya siyasəti aparılır. Görkəmli jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların həbsi qorxulu vəziyyət yaradıb.
“Yaranmış vəziyyət bizi belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir”, – məlumatda bildirilir.
Dinləmələrdə Massaçusets Universitetinin professoru Odri Alştadt
,
ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoyun çıxışları gözlənilir (Turan İA).