Vaşinqton Moskva ilə 1987 nüvə raketi sazişindən ayrılıb

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların 1987-ci ildə Orta-mənzilli Nüvə Qüvvələri Müqaviləsi (INF) olaraq tanınan silah nəzarəti sazişinə son verəcəyinə dair qərar qəbul edib, Prezident Administrasiyasının rəsmiləri jurnalistlərə bildirib.

Source: google.az

''

ABŞ Rusiya tərəfindən davamlı olaraq pozulan bir müqaviləyə tərəf qalmayacaq''

ABŞ cümə günü rəsmi Moskva ilə 1987-ci ildə imzalanmış nüvə raketi sazişindən çıxdığını bəyan edib, “Reuters” xəbər verir.

Vaşinqton bu qərara Moskvanın müqaviləni pozduğunu müəyyənləşdirdikdən sonra gəlib. Kremli iddiaları rədd edir.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların 1987-ci ildə Orta-mənzilli Nüvə Qüvvələri Müqaviləsi (INF) olaraq tanınan silah nəzarəti sazişinə son verəcəyinə dair qərar qəbul edib, Prezident Administrasiyasının rəsmiləri jurnalistlərə bildirib.

Müqavilə hər iki tərəfə Avropada qısa və orta mənzilli, quruda yerləşən raketlərin yerləşdirilməsini qadağan edir. Vaşinqton altı ay əvvəl Rusiya sazişə əməl etməzsə, müqavilədən çıxacağını bəyan etmişdi.

"ABŞ Rusiya tərəfindən davamlı olaraq pozulan bir müqaviləyə tərəf qalmayacaq," – dövlət katibi Mayk (Mike) Pompeo açıqlamasında deyib.

"Rusiyanın müqaviləyə əməl etməməsi ABŞ-ın ali maraqlarını təhlükə altına alır, çünkü Rusiyanın müqavilə pozan raket sistemini inkişaf etdirməsi ABŞ və müttəfiqlərimiz və tərəfdaşlarımız üçün birbaşa təhlükədir," o deyib.

Adının açıqlanmasını istəməyən yüksək administrasiya rəsmisi deyib ki, Rusiyan müqaviləni pozaraq rus raketinin "çoxsaylı batalyonlarını" Qərbi Rusiya da daxil olmaqla ölkə daxilində "önəmli Avropa hədəflərinə zərbə vurmaq üçün " yerləşdirdiyini deyib. Rusiya bu iddianı rədd edir və qeyd edir ki, raket məsafəsi müqavilənin müddəalarına aid deyil. Moskva ABŞ-ı Vaşinqtonun yeni raketləri inkişaf etdirə bilməsi üçün və bu səbəbdən müqavilədən çıxmaq üçün saxta bəhanə uydurmaqda günahlandırır.

Rusiya həmçinin ABŞ-ın Şimali Atlantika Müqaviləsi Təşkilatı tərəfindən SSC-8 olaraq bilinən “Novator 9M729” adlı yeni raketin məhv edilməsi tələbini də rədd edib. ABŞ-ın bu addımına cavab olaraq Rusiya ABŞ-dan Avropada qısa və orta mənzilli nüvə raketlərinin yerləşdirilməsinə dair moratorium elan etməsini və həyata keçirməsini tələb edib.

İNF müqaviləsi o dövrün prezidenti Ronald Reqan (Reagan) və Sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanıb və ABŞ Senatı tərəfindən təsdiq edilib. Müqavilə dünyanın iki ən böyük nüvə gücünün orta mənzilli raket arsenallarını yox edərək onların qısa məsafədən bir-birilərinə nüvə zərbəsi endirmək imkanlarını azaldıb.

Ana səhifəDünyaVaşinqton Moskva ilə 1987 nüvə raketi sazişindən ayrılıb