Varşavada siyasi məhbuslarla bağlı səssiz aksiya keçirilib (yenilənib)

Aksiya iştirakçıları əyinlərinə azərbaycanlı siyasi məhbusların şəkilləri yapışdırılmış könəklər geyən fəallar konfrans zalına daxil olublar

Source:

 “Biz Azərbaycan da daxil olmaqla ATƏT-in regionunun müxtəlif ölkələrində  Rusya Federasiyası və Belarusiya da daxil olmaqla  insan haqqları müdafiəçilərin həbsini, o cümlədən  birləşmək azadlğını, tənqidi səslərin  boğulmasını qınayırıq”.

Bu barədə sentyabrın 23-də Varşavada  ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycanda siyasi məhbuslarla bağlı səssiz aksiyasının  bəyanatında deyilir.

İnsan Haqları Evi (Fondununun) HRHF –nun yaydığı bəyanatda  deyilib ki, 2011-ci ildən bəri  Azərbaycan hökuməti  daha da fundamental  hüquqlar-birləşmək azadlığını pozan, müstəqil vətəndaş cəmiyyətinin  liderlərə represiyalara  məruz qoyan , QHT-in  fəaliyyətini  məhdudlaşdıran  bir sıra qanunvericilik müddəaları qəbul  edib.

“Biz bir daha  qanunsuz əsaslarla saxlanılan hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev,  Anar Məmmədli və Bəşir Süleymanlı, eləcə də digərlərinin  dərhal  azad etməyə çağırırıq. Bu  beynəlxalq  öhdəlikləri və birləşmək azadlıqlığı hüququnu pozur“, – deyə bəyanatda səslənib.

Aksiya barədə “Turan İA”a məlumat verən Anna Innocenti bildirib ki,  bu aksiya  tədbirdə iştirak edənlərin  böyük marağına  səbəb olmuşdu. Hər kəs foto və sosial  şəbəkədə (twitterdə) məlumat ötürürdülər.

“Norveç dərhal reaksiya verərək, Azərbaycan hökumətini  insan haqqları müdafiəçilərinin və fəallarının repressiv həbslərini iqnor etməməyə və ölkəsində nə baş verdiyi  diqqət etməyə çağırıb”, – deyə  A.İnnocenti  bildirib.

Tədbirdə iştirak edən Azərbaycan hakimiyyətini təmsil edənlər bildirib ki,  həbs olunan QHT nümayəndlərin həbsi  siyasi motivli deyil və   tənqid  edənlər  heç vaxt Azərbaycanda olmayıblar.

Sentyabrın 23-də  Polşanın  Varşava şəhərində  ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycanda siyasi məhbuslarla bağlı səssiz aksiya keçirilib. 40 yaxın aksiya iştirakçıları üzərilərində  Azərbaycanda həbs olununa siyasi  fəalların və hüquq müdafiəçilərin  şəkilləri olan t-shirtlər  geyiniblər.


***


Aksiya iştirakçıları  əyinlərinə azərbaycanlı siyasi məhbusların şəkilləri yapışdırılmış könəklər geyən fəallar konfrans zalına daxil olublar

Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində  ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycanda siyasi məhbuslarla bağlı səssiz aksiya keçirilib.

Twitterlərdə yayılmış şəkillərdə görünür ki, bir qrup aksiya iştirakçıları  əyinlərinə azərbaycanlı siyasi məhbusların şəkilləri yapışdırılmış könəklər geyən fəallar konfrans zalına daxil olublar.

Aksiya iştirakçıları arasında  Xədicə İsmayıl da var.

Sentyabrın 22-dən başlayan toplantıda əsasən insan haqları və demokratiya məsələləri müzakirə olunur. Tədbirdə ATƏT üzvü olan ölkələrin nümayəndə heyətləri, səfirlər, QHT rəhbərləri və tanınmış diplomatlar iştirak edirlər.

Müzakirələr oktyabrın 3-ə qədər davam edəcək (Turan İA).

Ana səhifəXəbərlərVarşavada siyasi məhbuslarla bağlı səssiz aksiya keçirilib (yenilənib)