Хerson vilayətində hərbiçi

Mənbə: Maks Levin\hromadske

Başlıq: Хerson vilayətində hərbiçi

“Var-gücünlə atəş”

Xerson vilayətində Krımdan gözlənilən hücuma müqavimət göstərməyə necə hazırlaşırlar?

Ukraynalı hərbçilər Rusiya ordusunun Krımdan hücumuna müqavimət göstərməyə hazırdırlarmı? Xerson vilayətinin sakinləri rusların ora girməsindən qorxurlarmı? Sabah müharibənin ola biləcəyini anlamasına rəğmən, ərazi müdafiəsinə kim və nə üçün gedir? “Hromadske”nin jurnalistləri ərazidə əhval-ruhiyyənin necə olduğunu və hamının nəyə hazırlaşdığını anlamaq üçün üç gün Xerson vilayətində olublar.

Karib böhranını xatırlayarkən

“Zənnimcə, rus üzərimizə hücum çəkməyəcək. Ağlını bu dərəcədə itirməyəcək, – Preobrajenka kənd sakini Yura deyir. – Mənim artıq 60 yaşım var. Nəvə sahibiyəm. Allah eləməsin ki, nəsə baş versin. Bu, Donbasdakı kimi olmayacaq. Burda sağ adam qalmayacaq”.

“İmkanım olsaydı, o Krımı kəsərdim, qoy öz adamcıqları ilə birgə dənizdə yox olsun”, – o əlavə edir.

Yura Xerson vilayətinin Krımla inzibati sərhədindən hardasa iki kilometr aralıda yaşayır. Preobrajenkanın ətrafında saysız-hesabsız külək mühərriki var. Bəziləri köhnə təsərrüfat tikililərinin xarabalıqlarının arasında quraşdırılıb. Üfüqdə isə Krımda yerləşən “Titan” zavodunun boruları tüstüləyir.

“Orda hamımızın övladı var! – aşırmalı şalvar geyinmiş orta yaşlı kişi deyir. – Preobrajenkanın sakinləri “Titan”da işləyib, Armyznskda mənzil alıb. Sonra təqaüdə çıxıblar, mənzillərini övladlarına veriblər, özləri isə bura qayıdıblar. İndiyədək də belə edirlər! Beləcə, ruslar üzərimizə hücum çəkəcəklər? Amma onlara heç kəs imkan verməyəcək (əmr olsa belə)”.

“Amma, sözsüz ki, bəlkə onlardan heç soruşan da olmadı...”, – birdən əlavə edir.

Anatoli Kovçenko ilə mağazanın yanında rastlaşırıq. O, ahıllığına rəğmən gümrahlığı və başındakı papaqla (papağın üstündə Kiyev “Dinamo”sunun emblemi var) diqqəti cəlb edir.

“Biz heç nədən qorxmuruq, biz artıq qocalmışıq, – o gülür. Mənim artıq 82 yaşım var. Düzdür, xoş deyil. Amma nə etmək olar ki? Rusiyanın gözü doymur. Amma heç nəyə nail olmayacaq – qudurduğu kimi də sakitləşəcək. Yadımdadır, 1960, ya da 1961-ci ildə Kuba ilə bağlı gərginlik olmuşdu. O zaman Belarusda aviasiyada xidmət edirdim. Zabitlərin dediyinə görə, bizimkilər də ora uçmuşdu. Kəndimizdən həmin vaxt Kubada xidmət edən bir-iki oğlan vardı. Yaman gərgin vəziyyət idi! Amma nə ilə bitdi?Sülhlə”.

Hədəf sahəsi

“Vəziyyət sakitdir, amma bu sakitlik aldadıcıdır, – “Belıy” ləqəbli döyüşçü deyir. – Biz müşahidə olunduğumuzu görürük. Düşmən vaxtaşırı pilotsuz uçuş aparatları ilə kəşfiyyat aparır. Bizdə texnika hərəkətə keçən kimi onlar bunun hamısını izləyir. Biz də bütün bunları görürük. Qoy hər şeydən xəbərdar olduğumuzu bilsinlər”.

Həmin arada istehkamlara iki zirehli avtomobil yaxınlaşır, ordan hərbçilər düşərək dərhal mövqelərinə yerləşirlər.

“İndi hədəfdə nə görürsünüz? Düşməni təsəvvür edirsiniz?” – pulyemyotdan düşmən tərəfi hədəf alan döyüşçüdən soruşuram.

“Mən 2015-ci ildən antiterror əməliyyatındayam, – o cavab verir (yəni mənim onu təsəvvür etməyə ehtiyacım yoxdur). – Müşahidə edirəm. Düşməni gördükdən sonra atəş açıram”.

“Atəş mövqelərini vaxtında yaxalamaq və düşmənin hücumunun qarşısını almaq məqsədilə manevrli əməliyyatlar gerçəkləşdiririk”, – həmçinin məşqdə iştirak edən digər döyüşçü deyir.

“Rusiya hücuma keçərsə, nə olacaq?” – ondan soruşuram.

“Sahəni görürsünüz? Əgər düşmən orda hücuma keçərsə, orda hədəf sahəsi olacaq. Həmin sahədən var-gücümüzlə atəş açacağıq”, – ətrafda hamının “Polis akademiyası”ndakı personajın adı ilə hayladığı hərbçi söyləyir.

“Sizi Maxoni kimi qeyd edək?” – dəqiqləşdirirəm.

“Bəli”, – eynəyini taxan hərbçi üzündə geniş təbəssüm cavab verir. Nəhayət, jurnalistlər üçün düzgün kəlmə axtarışına çıxmaq məcburiyyətində qalmırıq.

“Hücum, hücum, – o, söhbətimizi şərh edir. – Nə olsun ki? Həlak olacağımızdan qorxaq? O zaman heç olmasa evə daha tez getmiş olaram”.

Ərazi müdafiəsinin nümayəndələri Xerson vilayətində çimərlik boyu gedir

Ərazi müdafiəsinin nümayəndələri Xerson vilayətində çimərlik boyu gedir

Mənbə: Maks Levin/hromadske

“Sovet İttifaqı ilə öz haqq-hesabım var”

Ukrayna silahlı qüvvələrinin bir neçə hərbçisi sahilboyu tələsmədən gəzişir. Onların formalarının üstündə çağırış əvəzinə “Ehtiyatda olan” nişanları var. Qollarında “ƏM” (ərazi müdafiəsi) yazılı sarı sarğılar var.

“Ərazi müdafiəsinin batalyonları çox qısa müddət ərzində qoşunların sayını artıra bilər. İnsanlar dinc zamanlarda öz vətəndaş işlərinin başında olurlar, lakin onların hər birinin hərbi ixtisası var. Ehtiyatda olanları təcili çağırmaq və onlardan hərbi hissə düzəltmək mümkündür”, – Xerson vilayəti ərazi müdafiə batalyonunun komandiri İqor Lixnov izah edir.

Ərazi müdafiəçilərindən biri Dmitri Afanasyevdir. O? burda rota starşinasıdır. Ərazi müdafiəsindən kənarda isə Xerson dövlət universitetinin əməkdaşı və Ukraynanın taekvondo üzrə qadınlardan ibarət yığmanın məşqçisidir.

“Döyüş əgər yaxında baş verəsə, avtomata ehtiyacınız qalmayacaq”, – zarafat edirəm.

“Avtomat heç vaxt artıqlıq etmir, – o cavab verir. – Döyüş sənəti daha çox psixoloji hazırlıqdır. Bütün aparıcı ordularda həmin sənətdən elə bu məqsədlə istifadə edirlər. Belə ki silah dərsi həmişə daha çox şərtidir”.

Ərazi müdafiəsi dedikdə, silahla davranmaq hazırlığından başqa, taktik tibb, ərazidə istiqaməti müəyyən etmə, bir yerdən başqa yerə gedə bilmək, bölmələrin yerləşdirilməsi, rabitə vasitələrinin öyrənilməsi, blokpostların qurulması, binaların qorunması, keşik çəkmək nəzərdə tutulur.

“Ən pis şeyə hazır olmaq, bununla belə, qələbəyə inanmaq lazımdır”, – Dmitri söyləyir. – Bir məşqçi kimi sizə deyim ki, bir dəqiqə belə olsun uduzacağımıza inanmamalıyıq”.

Ehtiyatda olanların bir qismi ərazi müdafiəsində iştirak etdiyinə görə az miqdarda pul mükafatı alır. Onlar əgər hərbi komissarlıqla müqavilə bağlayırlarsa, ödəmənin miqdarı artır. Hərçənd dövlət xidmətçiləri qanunnverici məhdudiyyətlərə görə bu cür müqavilə bağlaya bilmirlər.

Onlardan biri Aleksey Bejenardır. O, Xerson iqtisadiyyatın inkişafı departamentinin sənaye inkişafı şöbəsinin baş mütəxəssisidir. Ərazi müdafiəsində kadrlara işə görə məsuliyyət daşıyır.

“Köklərimiz Fransaya gedib çıxır, – Ukrayna üçün səciyyəvi olmayan soyadının səbəbini izah edir. – Babamın babasının babası bura Fransadan köçüb. Bu yəqin ki Rusiya-Fransa müharibəsi zamanı baş verib. Babamın babası Luka Bejenarın torpaqları, fermaları olub. Qırmızılar gələndə o, ölkədən getmək istəməyib. Belə deyib: “Mən niyə qaçmalıyam ki? Mənim qullarım yoxdur. Adamlar işləyib, bunun qarşlığında pullarını alırlar. Mən pis heç nə etməmişəm”. Amma onu repressiya ediblər, Sibirə göndəriblər...”

Sonra babasının, atasının və iki əmisi oğlunun acı tarixçələrini danışır.

“Sovet İttifaqı ilə öz haqq-hesabım var. Amma mən Rusiyanı Sovet İttifaqı ilə müqayisə edə bilmərəm. İndikilərin hərəkətləri Hitlerin 1941-ci ildə etdiklərindən heç nə ilə fərqlənmir. Rusiya Ukraynanın onu provokasiya etdiyini söyləyir. Biz onları nə ilə provokasiya edə bilərik ki?! Biz bütün ölkələrin tanıdığı ərazimizi müdafiə edirik. Amma Rusiyanın fikrincə, biz onların icazəsi olmadan heç nə edə bilmərik”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ay816e

Ən çox baxılan