Mənbə: Meydan.TV

Vaqonda yaşayan qazi: "Bədənimdə 8 qəlpə var"

Vaqonda yaşayan qazi: "Bədənimdə 8 qəlpə var"

Ağa Ağazadə İkinci Qarabağ müharibəsindən 8 qəlpə ilə qayıdıb. 24 yaşlı Ağa müharibəyə könüllü yazılanlardandır. O, öz torpağını – Cəbrayılı görmək üçün səfərbərliyə yazılıb. 44 gün döyüşlərin son günündə yaralanıb. Ağa bildirir ki, cərrahlar əməliyyatın təhlükəli olduğunu, bədənində olan qəlpələrlə yaşamağa məcbur qaldığını deyiblər.

“Deyirlər ki, bir-iki il ağrıyacaqsan. Deyirəm ki, bəs mən necə ailəmi dolandıracam? Nə "yararlı", nə də syararsız" yazılır. Heç bir cavab verilmir. “Yaşat” Fonduna da dəfələrlə məktubla və zənglə müraciət olunub. Bu gün, sabah desələr də, onlardan da bir adam gəlib mənimlə maraqlanmayıb. Yəni, dövlət tərəfindən mən heç nə görmədim”, - deyir Ağa Ağazadə.

Ağazadə ailəsi Birinci Qarabağ müharibəsindən sonra Cəbrayıldan köçkün düşərək vaqona sığınıb. Ağa deyir ki, 24 ildir vaqonu özünə ev bilir. O, müharibəyəcən yük maşını sürərək ailəsini saxlayıb. İndi işləyə bilməməsiylə barışa bilmir.

Yaşat Fondundan bildirilib ki, Ağa Ağazadənin fonda rəsmi müraciəti yoxdur. Həmçinin onun xəstəlik haqqında şəhadətnamədəsində hərbi xidmətə yararlı olduğu qeyd edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yvh22d

Ən çox baxılan