Vaqif Səmədoğlu vəfat etdi

Source:

Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlu Bakıda yaşadığı evdə dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, şairin harada və nə vaxt dəfn olunacağı hələlik dəqiqləşməyib.

Dövlət dəstəyi ilə müalicə alan xalq şairi Vaqif Səmədoğlu onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Vaqif Səməd oğlu Vəkilov

1939

-cu il

iyunun 5-də


Bakı

 şəhərində, məşhur Azərbaycan şairi

Səməd Vurğunun

 ailəsində anadan olub. Bülbül adına Musiqi Məktəbində,

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında

təhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971) olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc edilib. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, “Oğuz eli” qəzetinin baş redaktoru olub (1992-1994). 2000-2005-ci illərdə Azərbaycanın

Milli Məclis

inin üzvü olub (apa).

Ana səhifəXəbərlərVaqif Səmədoğlu vəfat etdi