Vaqif Dərgahlı: Gəncədə hərbi hospitalın bağlanması xəbəri yalandır

Tibb bacısı Məmmədova Şəhla isə bildirib ki, hospitalda hazırda 320 xəstə var, 150 nəfər paratitdi

Source: Foto: google.az


Həkim: ''Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərmişik''

Gəncə şəhərində yerləşən hərbi hospital bağlanmaq ərəfəsində olduğu bildirilib. Məlumatı

“gozatçi.az”

saytı yayıb.

Hospitalda işləyən tibb bacısı Arzu Məmmədovaya istinadən hospitalın mayın 10-a kimi bağlanacağı və Şəmkirə köçürüləcəyi bildirilib.

Hospitalda çalışan mülki həkim Abbasova Esmira məlumatla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdiklərini də deyib:

“Bu hospitalın bağlanması xeyli şəxsin işsiz qalması ilə nəticələnəcək”.

Tibb bacısı Məmmədova Şəhla isə bildirib ki, hospitalda hazırda 320 xəstə var, 150 nəfər paratitdi.

“Dörd mərtəbəli yeni bina tikilib. Əvvəlcə dedilər hospital o binaya köçürüləcək. Əgər hospital bağlanırdısa büdcədən milyonlarla vəsait ayırıb o binanı niyə tikirdilər?”

Hərbi hospital sovet dövründə istifadəyə verilib. Hospital Birinci Qarabağ müharibəsi dövründən 1992-ci ildən bu günə kimi fəaliyyətdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Meydan TV-nin sorğusuna əsasən məsələni araşdırıb və bildirib ki, məlumat əsassız və yalandır.

Ana səhifəXəbərlərVaqif Dərgahlı: Gəncədə hərbi hospitalın bağlanması xəbəri yalandır