Vanda qar uçqunu zamanı 38 nəfər həyatını itirib

Təxminən 30-a yaxın adam qarın altından xilas edilib

Source: Google

Türkiyənin şərqində baş vermiş uçqun ən az 38 nəfərin ölümünə səbəb olub, – “BBC Türkcə” xəbər verir. 53 nəfər yaralıdır.

Reuters xəbər verir ki, ölənlərin arasında sivil vətəndaşlarla yanaşı onları qurtarmağa çalışan hərbi polis qüvvəsi də var.

Şərqi Van vilayətinin valisi Mehmet Emin Bilmez çərşənbə bildirib ki, təxminən 30-a yaxın adam qarın altından xilas edilib.

Daha çox insan hələ də uçqun altındadır, – Daxili işlər naziri Süleyman Soylu dəqiq rəqəm vermədən bildirib.

Vanın Bahçesaray bölgəsindən televiziya görüntülərində insanların qar yağışı və yüksək küləkdə kürək və çubuqlardan istifadə edərək batmış maşınları və digər nəqliyyat vasitələrini çıxarmağa çalışdığı görünür.

Soylu deyib ki, ərazidəki hava şərtləri xilasetmə işlərini çətinləşdirib və əlavə edib ki, bir nəqliyyat vasitəsi 4-5 metr dərinlikdən çıxarılıb.

Xilasetmə işləri çərşənbə axşamı baş vermiş birinci qar uçqunu zamanı başlayıb. 5 nəfərin ölümünə səbəb olmuş uçqunda insanları xilas edərkən ikinci qar uçqunu baş verib. İkinci uçqun zamanı 26 nəfər həyatını itirib, – AFAD (Daxili İşlər Nazirliyinin Fövqəladə Yardm Orqanı) məlumat verib.

Ana səhifəDünyaVanda qar uçqunu zamanı 38 nəfər həyatını itirib