Kristofer Van Damm və Suada Hacızadə

Mənbə: İnstagram

Başlıq: Kristofer Van Damm və Suada Hacızadə

Van Dammın oğlu azərbaycanlı pianoçu ilə evləndi

Məqalə yeniləndi:  17 İyun 2021

22 yaşlı Suada Hacızadə Bakıda doğulub

Amerikalı aktyor Jann Klod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənib.

Cütlük “İnstagram” sosial şəbəkəsində evləndiklərini yazıblar.

Suada Hacızadə 24 oktyabr 1999-cu ildə Bakıda doğulub. Dörd yaşından bədii gimnastika ilə məşğul olub.

Xalq arasında “Səlyanlı Şirin” kimi tanınan tarzən Şirin Axundovun nəslindəndir.

İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlayıb.

Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun tələbəsi olub.

Bakı Musiqi Akademiyasının məzunudur. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər verib.

Azərbaycan XXI əsrə istedadlarla: Hacızadə Suada Elxan qızı 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Prezident təqaüdçüsüdür.

“Hər insanın bir arzusu var, mənim də arzum dünyanın ən tanınmış ifaçıları sırasında olmaqdır. Ən məşhur dünya səhnələrində Azərbaycan mədəniyyəti və musiqisini tanıtmaq, tariximizi, Qarabağ haqqında bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır”, - Suada Hacızadə müsahibələrindən birində deyib.

Ədliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, nikah mərasimi dünən Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.

Kristofer Van Damm 20 may 1987-ci ildə Amerikada doğulub.

Aktyor və prodüsser kimi fəaliyyət göstərir.

Van Damm, Kristofer Van Damm, Suada Hacızadə və valideynləri

Van Damm, Kristofer Van Damm, Suada Hacızadə və valideynləri

Mənbə: İnstagram

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s27mqc

Ən çox baxılan