”Valyutanın hərəkətini sərt şəkildə məhdudlaşdırmaq ziyanlıdır”

Qubad İbadoğlu: ”Qoyulan limitlər xaricdə şəxsi vəsaitləri hesabına təhsil alanların valideynlərinə problem yaradacaq”

Source:


Qubad İbadoğlu: ”Qoyulan limitlər xaricdə şəxsi vəsaitləri hesabına təhsil alanların valideynlərinə problem yaradacaq”

Azərbaycandan kənara xarici valyutanın köçürülməsi proseduru daha da sərtləşdirilir.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun №45/1 saylı əmrində deyilir ki, dekabrın 8-dən rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1000 АBŞ dоllаrı, ay ərzində isə 10000 АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.

Yeni qaydalara əsasən, xarici valyuta ilə əməliyyatlar zamanı bu limit xaricdə yaşayan yaxın qohumlara (bütün kateqoriyalar göstərilib, hətta həyat yoldaşları və valideynlər, uşaqlardan başqa) vəsait köçürmələrinə də aiddir.

Əmrdə xarici biznes tərəfdaşları ilə etibarnamə əsasında çalışan və müqavilə çərçivəsində külli mirdarda vəsait köçurən fiziki şəxslərlə bağlı vəziyyətin necə olacağı göstərilməyib. Həmçinin bir çox digər suallara, o cümlədən xarici tibbi klinikalara köçürmələrlə bağlı suala cavab yoxdur.

Qubad İbadoğlu foto Meydan TV
Qubad İbadoğlu foto Meydan TV

İqtisadçı Qubad İbadoğlu qərarı öz “Facebook” səhifəsində belə şərh edib:

“Bu qərar bir daha göstərir ki, hökumət hələ də Azərbaycandan kənara valyuta axınının qarşısını almaqda çətinlik çəkir və onun həllində acizdir. Qoyulan limitlər xüsusilə də Avropa, Böyük Britaniya və ABŞ-da şəxsi vəsaitləri hesabına təhsil alanların valideynlərinə, digər yaxınlarına problemlər yaradacaq. Onların təhsil haqları və yaşayış xərcləri bir cox halda 10 min dollardan çox vəsaitin köçürülməsini tələb edir. Məsələn, mənim professoru olduğum Duke Universitetində 1 illik təhsil haqqı yaşayış xərcləri ilə birlikdə 65 min dollardır. Son dəyişikliyə görə, övladı belə universitetlərdə oxuyan valideyn bu vəsaiti 6,5 ay köçürə bilər. Bu isə əlavə çətinliklər yaradacaq. Odur ki, bu cür qərarların verilməsində bu kimi hallar nəzərə alınmalıdır. Digər tərəfdən də, valyutanın sərbəst hərəkəti investorlar üçün də əhəmiyyətli məsələdir. Onu bu qədər sərt şəkildə məhdudlaşdırmaq ziyanlıdır”.

Ana səhifəXəbərlər”Valyutanın hərəkətini sərt şəkildə məhdudlaşdırmaq ziyanlıdır”