Valyuta hərracında tələb təklifi 11 dəfə üstələyib

”Növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir”

Source:


”Növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir”

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 11 dəfə üstələyib. Bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

Məlumata görə, banklar hərracda 550 mln. dollardan çox vəsait əldə etmək istəyib. Son nəticədə ARDNF-in hərraca çıxardığı 50 mln. dollar tam həcmdə 29 banka satılıb.

“Report”un analitik qrupu hesab edir ki, növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir: “Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür”.

Ana səhifəXəbərlərValyuta hərracında tələb təklifi 11 dəfə üstələyib