22 avqustda Mingəçevirdə polis şöbəsinin qarşısında baş tutan aksiyadan sonra polislərlə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. Rəsmi məlumata görə, 21 nəfər saxlanılıb. Saxlanılanlardan biri 39 yaşlı Rasim Abdullayevdir. Onun anası Gülafət Abdullayeva Meydan TV-yə bildirib ki, oğlu aksiyada iştirak etməyib, bacısının evinin işıq pulun ödəmək üçün evdən çıxıb və saxlanılıb.