20 avqustda Mingəçevir Polis Şöbəsində vəfat edən Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev oğlunun ölümündə olan şübhəli məqamlarla bağlı Meydan Tv-yə müsahibə verib. “Kamera görüntülərindən görünür ki, oğlum şöbəyə mülki maşında gətirilib. Sakit şəkildə bölməyə daxil olub. Onu gətirən də mülki geyimdə olub. Üç nəfər olublar, onlardan ikisi bölməyə gətirilib, biri yox. Sabah bizə içərinin və düşmə anının kamera görüntülərini göstərəcəklər. Heç bir halda pəncərədən düşənə oxşamır. Maşından düşəndə çox sakit görünür. Düşünürəm ki, ona içəridə elektroşok veriblər. Yanları deşik-deşik idi”.