Valden və ya Təbii Həyat – 2

Dostlarla səhər yeməyi yeyək…

Source:


Birinci yazını

burda

oxu

Can sıxıntısından şeir yazmaq deyil məqsədim;

Dan yeri ağarmamış boynunu uzadıb lovğalanaraq ququldayan xoruz kimi

Bərkdən bağırmaq istəyirəm

Qonşularımı oyatsam, yetər



“Yaşadığım Yer və və Yaşama Səbəbim”:

“Nə də olsa, insan imtina etdikləri şeylərin miqdarı nisbətində zəngindir.”

İnsanın özünü və azadlığını itirməsinə, onun pulun və mal-mülkün əsirinə çevrilməsinə etiraz edən Toro deyir: “Mümkün olduğu qədər azad və yük altına girmədən, nəyəsə bağlanmadan yaşayın. Ya bir fermaya bağlanmısız, ya da həbsə düşmüsünüz, bunların heç bir fərqi yoxdur.”

Təbiətdə yaşayan və açıq hava altında şəfəq vaxtını seyr edən yazıçı qeyd edir: “Qədim yunanlar kimi şəfəq vaxtına içdən və sədaqətlə bağlı insanam. Erkəndən qalxır və göldə çimərdim. Mənim üçün bir ibadət idi bu və gördüyüm ən yaxşı işlərdən biri idi.”

“Səhər yeli durmadan əsdi, yaradılışın şeiri bitməzdir, heyf ki, çox az insan bunu duya bilir. Olimpus yer kürəsindən kənar hər yerdədir.”

“Bir xidmətçinin sizi oyatması yerinə, öz Böyük Mənliyimiz, fabrik səsləri yerinə, dalğa-dalğa yayılan səmavi musiqinin və havanı dolduran xoş bir qoxunun gətirdiyi, yeni qazanılmış içdən arzu və gücümüzlə daha ülvi bir həyata göz aça bilməyib, yatıb qaldığımız gündən, əgər buna bir gün demək olarsa, heç bir şey gözlənilməsin. Beləliklə, qaranlıq, meyvəsini verir və aydınlıqdan daha yaxşı olmadığını göstərər.”

“Günə dəyər qata bilmək, sənətlərin ən ülvisi bax, budur!”

“Sadəlik! Sadəlik! Sadəlik! İşləriniz yüzlərcə, minlərcə olacağına, bir dənə olsun, deyirəm; bir milyon yerinə ona qədər sayın, hesablarınızı barmaqlarınızın ucunda tutun!”

“Öz adıma, poçt xidmətləri olmadan da yaşaya bilərəm. Məncə, poçt nadir hallarda işə yarayır, vacib məsələlərdə əlaqəni qurar. Səmimi olmaq lazımdırsa, həyatımda poçtla göndərilməyə dəyər bir-iki məktubdan arıtq məktub almamışam.”

“Erkəndən və sürətlə yuxudan duraq. Səhər yeməyimizi yumşaq və təlaşsız edək. Dostlar gəlib- getsinlər, zillər çalınsın, uşaqlar ağlasın. Günə haqqını verək. Nə üçün axıntıya ilişib sürüklənməliyik ki? Axşam yeməyi deyilən o sürətli dönən girdaba qapılıb dibə çökməyək.”


“Oxumaq” hissəsi:

“Özümüz ya da gələcək nəsillər üçün mal-mülk əldə edərkən, bir ailə və ya bir dövlət qurarkən, şöhrətə can atdıqca bir ölümlüyük. Amma həqiqətlə məşğul olarkən ölümsüzük, dəyişiklikdən və ya qəzadan qorxmağa ehtiyac yoxdur.”


Hansı kitabları oxumalı:

“Macərapərəst bir oxucu, hansı dildə olursa olsun, antik belə olsalar, hər zaman klassikləri oxuyacaq. Klassiklər, insanlığın qeydə alınmış ən nəcib düşüncələri deyilmi?”


Necə oxumalı:

“Yaxşı oxumaq, yəni, gerçək bir ruha sahib, gerçək kitablar oxumaq nəcib adətə sahiblənmək deməkdir. Bu adət, oxucuya gündəlik həyatın təqdim etdiyindən çox daha ağır məsuliyyət yükləyər. Yaxşı oxumaq, idmançıların məşqlərdə etdiyi kimi, ciddi disiplindən keçməyi tələb edir. İnsan, bütün həyatını bu məqsədə istiqamətləndirən sağlam bir niyyətə ehtiyac duyar. Kitablar, qələmə alındıqları kimi, şüurlu və digər məşğuliyyətlərdən ayrılmış şəkildə oxunmalıdır.”

Çox insan günlük həyatında işə yarasın deyə, oxumağı öyrənib; hesab apara bilmək və ya ticarətdə aldanmamaq üçün vurma cədvəlini öyrəndiyi kimi…Amma nəcib bir ağlın adət edərək oxuması haqında çox az şey və ya heç bir şey bilməzlər. Halbuki, yüksək mənada oxumaq, məhz bu cür olur. Yoxsa oxumaq, bir lüks kimi bizi rahatladan və inkişaf etmiş anlama qabiliyyətimizi bir müddətlik yuxuya verən fəaliyyət deyil. Ayaq barmaqlarımızın ucunda yüksəlib, ən ayıq halımızla, zaman sərf edərək, özümüzü bütünlüklə verəcəyimiz bir fəaliyyətdir oxumaq. Məncə, hərfləri öyrənmiş hər bir insan, ədəbiyyatın ən yaxşı əsərlərini oxumalıdır.”


“Yalnızlıq”:

“Zamanın böyük bir qismində tək olmağın daha faydalı olduğunu düşünürəm. Biri ilə bir yerdə olmaq, çox yaxşı insan belə olsa, bir müddət sonra yorucu olur və zehni bulandırır. Tənha olmağı sevirəm. Tənhalıqdan daha səmimi və istiqanlı bir dost tanımamışam. Bayıra çıxıb, insanların arasına girdikdə, evimizdə olduğumuzdan da çox tənha oluruq.

Düşünən və işləyən insan harda olursa olsun, hər zaman tənhadır. Tənhalıq, bir insanla yaxınları arasındakı olan məsafənin kilometrlərlə sayılması ilə ölçülə bilməz. Kembric Universitetində, arı pətəyi kimi bir-birinə bitişik mənzillərdən birində oturan, həqiqətən, çalışqan bir tələbə çöldəki dərviş qədər tənhadır.

Cəmiyyət adətən bayağıdır. Tez-tez görüşdüyümüz üçün, arada qalan vaxtda, bir-birimiz üçün yeni bir dəyər qazanacağımız zaman olmur. Gündə üç dəfə yemək yeyərkən görüşürük, hər dəfəsində kiflənmiş bir pendir kimi özümüzdən yeni dadlar verməyə başlayırıq. Ədəb və etik qaydalar adı altında bir xeyli qayda mənimsəyərək, bu, tez-tez görüşməyi dözülə bilən hala gətirir, beləliklə, bir-birimizə müharibə elan etməmiş oluruq.

Hər gün müxtəlif yerlərdə, cəmiyyət içində və axşamları da ocağın ətrafında görüşürük. Sıx yaşadığımız üçün bir-birimizin yolunun üzərində durur, ayaqlarımız bir-birinə ilişir və məncə, bu səbəbdən qarşılıqlı hörmətdən nələrisə itiririk. Daha az görüşərək də, vacib və duyğusal mövzularda yetərli münasibəti qura bilərik.


“Kənd”:

“Meşədə azmaq ağıllarda qalan həm heyrətləndirici, həm də faydalı bir təcrübədir”

“Ancaq azdığımızda, ya da dünyanı itirdiyimizdə özümüzü axtarmağa başlayırıq; harda olduğumuzun fərqinə varır, münasibətlərimizin ucsuz-bucaqsız yayıldığını görürük”


“Göl”:

Bir gün yaxın ətrafda yaşayan fermerin evinə uzaqdan baxan, fermerin gecə-gündüz işləməsini seyr edən yazıçı yazır: “Nə işləməsini, nə də içərisindəki hər şeyin qiymətləndirilməsini sevmirəm; pul gətirəcəksə, içində yaşadığı təbiəti və ya inandığı tanrını bazara aparıb satan; tarlasında yetişən heç bir şeyin pulsuz olmadığı, tarlası məhsul verməyən, yamaclarında çiçək bitməyən, ağacları meyvə verməyən, meyvələrin gözəlliyindən həzz duymayan, meyvələrin ancaq dollara çevrildiyində dəyər qazandığına inanan biridir bu. Həqiqi zənginliyi yaşayan kasıblığın mənim olmasını istərdim.”


“Çörəkçi Qəsəbəsi”:

“Ticarətlə deyil, əylənərək gördüyün işlərlə həyatını təmin elə! Torpağın dadını çıxart, amma ona sahib olma! Təşəbbüskarlıqları və inancları səbəbi ilə insanlar bu an mövcud olduqları yerə gəlib çıxıblar. Alıb-satırlar və həyatlarını bir qul kimi yaşayırlar.”


Kitabın sonunda, “Nəticə” bölümündən qeydlər:

“Təcrübəm mənə ən azından bunları öyrətdi: Bir adam, əgər özünə inanaraq arzularının arxasınca gedərsə və xəyal etdiyi həyatı reallaşdırmağa çalışarsa, bilinən saatlarla ölçülə bilməyəcək bir zaman içində uğura çatacaqdır. Bəzi şeyləri geridə qoyacaq, görünməyən sərhədi aşacaqdır; ətrafında və öz daxilində yeni, universal, çox daha liberal qaydalar yerləşməyə başlayacaq ya da qədim qaydalar genişlənib öz yararına olan daha liberal bir formada şərh olunacaqdı; adam daha yüksək bir sinfin mənsubu olmağa haqq qazanacaqdır. Həyatını sadələşdirdiyi dərəcədə, dünya daha az qatmaqarışıq görünəcək, tənhalıq, tənhalıq olmaqdan çıxacaqdır. Havada qalalar inşa edirsiz, etdikləriniz boşa getmir; qalaların yerləri elə oradır. İndi də, altlarına təməllərini inşa edin!”


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəValden və ya Təbii Həyat – 2