Vahid Məhərrəmov Ermənistan mediasının fikirlərini təhrif etdiyini bildirib

”Bu tam uydurma və absurddur”

Source:


”Bu tam uydurma və absurddur”

AXCP Rəyasət Heyətinin üzvü, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Ermənistan

mediasınının

onun Meydan TV-yə “Azərbaycana gətirilən kartof Ermənistanın məhsuludur” başlıqlı açıqlamasını təhrif etdiyini bildirir.

Bu barədə Vahid Məhərrəmov “Facebook” səhifəsində yazıb.

“Dostlar,

mayın 25-də

Meydan TV-yə verdiyim müsahibəni ermənilər və onların əlinə oynayan ermənipərəst qüvvələr öz çirkin oyunlarında istifadə etmək məqsədilə dediklərimi özlərinə sərf edən formada tərcümə edərək yayıblar. Onların mənə istinadən uydurduqları yazıda deyilir ki, Ermənistanın kənd təsərrüfatı məhsulları Azərbaycan istehsal etdiyi kənd təsərrüfatı məhsullarından keyfiyyətlidir. Guya onların məhsulu orqanikdir. Deyə bilərəm ki, bu tam uydurma və absurddur”.

Vahid Məhərrəmov yazıb ki, ümumiyyətlə Ermənistanın ekoloji kənd təsərrüfatı məhsul istehsal etməsi real deyil. Bu ölkənin torpaq əraziləri və suyu çirkli olduğu üçün istehsal etdiyi məhsul insan orqanizmi üçün zərərsiz deyil:

“Digər tərəfdən Ermənistanda Atom Elektrik Stansiyasının mövcudluğu bu ölkədə uzun müddət ekoloji təmiz məhsul istehsalını mümkünsüz edəcək”.

V.Məhərrəmov daha sonra mətni təqdim edir:

Kartof idxalının 20 faiz azalmasını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə müətəxəssis Vahid Məhərrəmov əslində idxalın az olmadığını deyir.

“Problem ondadır ki, şərait olsa da, Azərbaycan kartof istehsal edə bilmir. Bu il kartof idxalının az olmasının səbəbi alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymətin yüksək olmasıdır. Bəzi işbazlar çoxlu kartof gətirib aşağı qiymətə satmaqla özlərini çətinliyə salmırlar. Onlar az həcmdə kartof gətirib daha baha qiymətə satır, böyük gəlir əldə edilər. Bu il də belə oldu. Nəticədə kartofun qiyməti 1 manatdan aşağı düşmədi”.

Azərbaycana kartofun daha çox Gürcüstandan gətirilməsinə gəlincə, ekspert bildirdi ki, qonşu respublika özünü təmin edəcək qədər kartof yetişdirə bilmir. Gürcüstandan Azərbaycana gətirilən kartof Ermənistan məhsuludur:

“Əminliklə deyirəm, Azərbaycanda satılan kartof Gürcüstan vasitəsilə gətirilən Ermənistan məhsuludur. Uzun müddət bu barədə danışırıq. Ermənistanda aqrar sektor güclü inkişaf edib və bu ölkədən yalnız kartof yox, iribuynuzlu mal-qara, qoyun, hətta ərik də gətirilir. Konkret olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində hərbçi ermənilər 700 min iribuynuzlu heyvan üçün fermer təsərrüfatı yaradıb və həmin mal-qara Gürcüstana gətirilir. Ordan da Azərbaycana satılır. Amma adı Gürcüstan məhsulu olur”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov Ermənistan mediasının fikirlərini təhrif etdiyini bildirib