Vahid Əhmədov: Sənaye və kənd təsərrüfatında ciddi inkişaf gözləmirəm

”Böyük inkişaf üçün ağır sənaye, aqrar sahə, tikinti inkişaf etməlidir və bunlarsız ciddi inkişaf olmur”

Source:

Vahid Əhmədov


”Böyük inkişaf üçün ağır sənaye, aqrar sahə, tikinti inkişaf etməlidir və bunlarsız ciddi inkişaf olmur”

“Mən 2017-ci ildə istər sənaye, istər kənd təsərrüftı və ya hansısa digər sahə olursa olsun, ciddi inkişaf gözləmirəm, ən yaxşı halda 1 faiz ancaq inkişaf edə bilər”.

Deputat Vahid Əhmədov bunu ölkədə iqtisadiyyatın inkişafı barədə şərhində bildirib.

V.Əhmədov deyir ki, böyük inkişaf ona görə ola bilməz ki, 2016-cı ili Azərbaycan iqtisadiyyatın kiçilməsilə başa vurub.

Deputat hesab edir ki, inkişaf investisiya yatırımından keçir, amma bu sahədə də azalma var, real sektora yatırım olmalıdır, əks halda real sektor inkişaf edə bilmir:

“Bəzi sahələrə investisiyalar ola bilər, hakimiyyət müəyyən sahələri işə sala bilmək üçün nələrisə edə bilər, amma bu yenə də böyük inkişaf olmayacaq, çünki böyük inkişafın yolu məhz investisiyalardan keçir və investisiyalar olmadan böyük inkişaf olmur.

V.Əhmədov bu il iqtisadiyyatda ən yaxşı halda 0,5 faiz və ya 1 faiz inkişaf gözlədiyini söyləyib və real sektorun hazırda investisiyaya ciddi ehtiyacı olduğunu bildirib.

“Böyük inkişaf üçün ağır sənaye, aqrar sahə, tikinti inkişaf etməlidir və bunlarsız ciddi inkişaf olmur. Gələn il Sumqayıtda, Mingəçevirdə, Neftçalada bəzi müəssisələr işə düşəcək, bu, iş yeri deməkdir, amma bu böyük inkişaf üçün təkan ola bilməyəcək.

V.Əhmədov hesab edir ki, ölkənin gəlirlərinin bol vaxtında avtomobil zavodu və ya neft avadanlıqları zavodu tikmək olardı, amma artıq bu haqda danışmaq özü də gecdir.

Ana səhifəXəbərlərVahid Əhmədov: Sənaye və kənd təsərrüfatında ciddi inkişaf gözləmirəm