Vahe Avetyan: Qarabağ münaqişəsini həll etməyə çağırıram

”Problemi indi həll etməsək, sonra daha böyük problemlər ortaya çıxacaq”

Source:


”Problemi indi həll etməsək, sonra daha böyük problemlər ortaya çıxacaq”

“Mən Bakıya bir şəxs, bir yazıçı, bir insan olaraq gəlmişəm. Məsələni araşdırdım və özüm Bakıya yollanmaq, Xocalı soyqırımı qurbanlarının abidəsi önünə gül dəstəsi qoyub günahsız ölən insanların müqəddəs xatirəsi qarşısında baş əymək istədim”.

“Report” yazır ki, bunu “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar” mövzusunda keçirilən konfransda ermənistanlı publisist, yazıçı və ictimai xadim Vahe Avetyan deyib.

“Azərbaycan məni yaxşı qəbul etdi. Bakı şəhəri ilə bağlı xatirələrim parlaq olacaq. İlk dəfə bir həftə əvvəl bura gəlmişdim və bunu özüm üçün Həcc səfəri hesab etdiyimi demişdim. Günahsız şəhidlərin müqəddəs xatirəsi qarşısında baş əyməyə borclu idim. Allaha şükür bu baş verdi”, – deyə V.Avetyan bildirib.

O, insanlığın siyasətdən daha əhəmiyyətli olduğunu vurğulayıb.

“Humanizmə öz ölkənə məhəbbət də daxildir. Məhz humanizm üzərində hər şeyi qurmaq olar”, – publisist qeyd edib.

Onun sözlərinə görə, münaqişə tərəfləri Qarabağa sülh gətirmək üçün hələ bir çox məsələlər üzərində işləməlidir:

“Bakıya erməni siyasətçilərin və sülhməramlıların gələcəyinə çox ümid edirəm. Problemi indi həll etməsək, sonra daha böyük problemlər ortaya çıxacaq. Azərbaycanlılar və ermənilərin münasibətlərində çoxlu müsbət hallar xatırlayırıq. Biz ümumi cəhəti çox olan nəsilik. Münaqişəni radikal gənclərə qoyub gedə bilərik. Onsuz da uşaqlarımızı darda qoymuşuq. Bu münaqişəni həll etməyə çağırıram”, – V.Avetyan vurğulayıb.

Ana səhifəXəbərlərVahe Avetyan: Qarabağ münaqişəsini həll etməyə çağırıram