Vahe Avetyan Bakıya buraxılmadı

Erməni yazıçı-dissident Ukrayna hava xətti reysi ilə geriyə göndərilib

Source:
Vahe Avetyan, foto: sosial şəbəkə
Vahe Avetyan, foto: sosial şəbəkə


Erməni yazıçı-dissident Ukrayna hava xətti reysi ilə geriyə göndərilib

Erməni yazıçı-dissident, hazırda İsveçdə yaşayan Vahe Avetyan Bakıya buraxılmayıb. O, bir sutka Bakı aeroportunun neytral zonasında qaldıqdan sonra Ukrayna hava xətti reysi ilə geriyə uçub.

“Son iki gündə yanımda olanlara təşəkkür edirəm. İki gündə minlərlə məktub aldım. Sülhü dəstəkləyən bütün azərbaycanlılara və ermənilərə təşəkkür edirəm. Əgər hesab edirsiniz ki, bir nəfər tarixi sülhə tərəf az da olsa yönəldə bilər, onda tənbəllik etməyin, sadəcə “Facebook” istifadəçiləri olmayın. Sülh prosesinə özünüz az da olsa töhfə verin. Evlərimizdə sülh olsun!”, – Avetyan oktyabrın 10-da Kiyev aeroportunda olarkən “Facebook” səhifəsində yazıb.

“Turan”-ın məlumatına görə, o, ötən gecə və gündüz Bakı hava limanında oturaraq aqibətinin necə olacağını gözləyib. Ancaq cavab almayıb, ona vizasının olmadığı bildirilib.

Vahe Avetyan oktyabrın 8-i gecəyarısına yaxın İsveçdən Bakıya gəlib.

Öz “Facebook” səhifəsində yazdığına görə onu hec kəs dəvət etməyib, o özü sülh yaradıcısı kimi gəlib.

Avetyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Ermənistanda təqiblərə məruz qalıb.

O, Xocalı faciəsinə görə də başsağlıqları verib. Buna görə Ermənistanda onu “vətən xaini” elan ediblər.

Azərbaycan hakimiyyəti vəziyyəti şərh etmir.

Ana səhifəXəbərlərVahe Avetyan Bakıya buraxılmadı