Onun 6 ay azadlıqdan məhrum edildiyi, qardaşının isə islah işləri cəzası aldığı deyilir
Vəkil Adəm Məmmədovun həbs edildiyi bildirilir.
Məlumata görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədovun da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətinə islah işləri cəzası aldığı deyilir.
Bu barədə xüsusi ittihamçı Ceyhun Yusifovun vəkili Asim Abbasov yerli mediaya məlumat verib.
Asim Abbasov yerli mediaya bildirib ki, A.Məmmədov və qardaşı hüquqlarını müdafiə etdiyi Ceyhun Yusifovu ağır cinayətdə ittiham edərək ona böhtan atıbmış. Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan yanlış xəbərlərdən gedir.
İttihama Adəm Məmmədovun və qardaşının münasibəti məlum deyil.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə dayandırılıb.
Vəkil Ceyhun Yusifovun fəaliyyəti isə ötən ilin noyabr ayından 1 illik dayandırılıb.