“Üzümün kilosunu sahədə 35 qəpiyə güclə satırıq”

Cəlilabad rayonunda üzüm yığımı

Source: Specify Source

IMG_6515-2.jpg
IMG_6515-2.jpg
IMG_6471-2.jpg
IMG_6471-2.jpg
IMG_6436-2.jpg
IMG_6436-2.jpg
IMG_6413-2.jpg
IMG_6413-2.jpg
IMG_6401-2.jpg
IMG_6401-2.jpg
IMG_6314-2.jpg
IMG_6314-2.jpg
IMG_6300-2.jpg
IMG_6300-2.jpg
IMG_5265-2.jpg
IMG_5265-2.jpg
_DSC3045.jpg
_DSC3045.jpg
_DSC3011.jpg
_DSC3011.jpg
_AHM3731.jpg
_AHM3731.jpg
_AHM3710.jpg
_AHM3710.jpg
_AHM3707.jpg
_AHM3707.jpg
_AHM3668.jpg
_AHM3668.jpg

Cəlilabad rayonunda üzüm yığımı dövrüdür. Yerli təsərrüfatçılar deyir ki, bu il susuzluqdan çox əziyyət çəkiblər. İndi isə sahədə üzümün kilosunu 35 qəpiyə güclə satırlar.

“Ərazidə əvvəllər böyük su hövzəsi vardı. İndi o da yoxdur. Üzüm bağlarını suvarmaq üçün müasir boru sistemini çəksələr də, su qeybə çəkilib, tapılmır. Kəndlinin ümidi qalıb yağışın yağmasına”, – fermerlərdən biri deyir.

Rayonun Əhməd Cavad massivində üzüm satan Vidadi kişinin sözlərinə görə, əvvəllər yağışın hesabına üzümçülük yaxşı olurmuş. Son illər yağış da az yağdığından kəndli suvarma suyuna möhtac qalıb.

Kəndlilər deyir ki, pandemiya səbəbindən Bakı ilə yolların bağlanması avqust ayındakı yığıma pis təsir edib. Yığılan məhsulu Bakı bazarına çıxara bilməyən sahibkar az qazanc əldə etdiyini deyir. Buna görə də üzüm yığımına bu il əlavə işçi cəlb edə bilməyiblər.

Uzun illər üzümçülüklə məşğul olan Zakir Əliyevin təsərrüfatı da pandemiyadan zərər görənlərdəndir. O da məhsulu yaxşı qiymətə vaxtında bazara çıxara bilmədiyinə görə üzüm yığımına əlavə işçi qüvvəsi cəlb etməyib.

Digər rayon sakini Vidadi Xəlilov sözlərinə görə, Cəlilabadın üzüm bağlarının əsas problemi susuzluq və istehsal müəssisələrinin məhsulu aşağı qiymətə almasıdır.

Yerli sakinlər susuzluğun aradan qaldırılmasının yolunu artezian quyularının qazılmasında görürlər.

Ana səhifəSosial“Üzümün kilosunu sahədə 35 qəpiyə güclə satırıq”