Üzeyir Cəfərov da istintaqa ifadə verdi

“Bu günə kimi bilmədiyim elə dəhşətli faktlardan da söhbət getdi ki…”

Source:

“Bu günə kimi bilmədiyim elə dəhşətli faktlardan da söhbət getdi ki…”

Mayın 22-də hərbi ekspert Üzeyir Cəfərov Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

Bu barədə Üzeyir Cəfərov Facebook səhifəsində yazıb. O, mühüm işlər üzrə müstəntiq Qasım Məmmədov tərəfindən dindirildiyini yazıb: “2 saatdan çox dindirilmə aparıldı. İstintaq sirri olduğuna və bu haqda yazılı iltizam verdiyimə görə çox məsələlərin üstünü aça bilməyəcəyəm. Ortalıqda çox ciddi məqamlar var. Mənim bu günə kimi bilmədiyim elə dəhşətli faktlardan da söhbət getdi ki, mən sadəcə o məqamların tezliklə aydınlaşdırılmasını istərdim. Eyni zamanda, hal-hazırda həbsdə olan jurnalist dostumuz Rauf Mirqədirov və digər bir xeyli yoldaşlarla əlaqədar öz fikrimi yazılı şəkildə istintaqın diqqətinə çatdırdım. Sağ olsunlar, dediklərimi olduğu kimi də qeydə alıb, həm müstəntiq Qasım Məmmədov öz imzası ilə, həm də mən imzamla təsdiqlədim. Bir Allah şahiddir ki, mən jurnalist dostumuz Rauf Mirqədirovla bağlı onun çox istedadlı qələm sahibi olmasını, Azərbaycan ictimaiyyəti qarşısında xidmətlərini də nəzərə alınmasını xahiş etdim”.

Hərbi ekspert 2001-ci ildə Ermənistana ATƏT xətti ilə etdiyi səfərlə bağlı da çoxlu  sorgu-sualların olduğunu bildirib: “Şəxsən məni ən çox narahat edən məqamlardan biri, Azərbaycanın Müdafiə Nazirliyi sistemində kim(lər)insə dövlət və hərbi sirlərin düşmən ölkəyə ötürülməsində maraqlı olması və iştrakı faktı oldu ki, inşallah yəqin  yaxın vaxtlarda bu haqda Baş Prokurorluq verəcəyi məlumatda öz fikrini açıqlayacaq”.

Ana səhifəXəbərlərÜzeyir Cəfərov da istintaqa ifadə verdi